Məni həqiqətlə döy, amma yalanla sakitləşdirmə...

Tarix:18-05-2019, 20:51 Baxış Sayı:87

Məni həqiqətlə döy, amma yalanla sakitləşdirmə...
Manera.az məşhurların həyat haqqında fikirlərini təqdim edir:

***
“Düşmənlərinizi əfv edin! Bu onlara verə biləcəyiniz ən doğru cəzadı”.

***
“Özün kimi ol, o biri rollar hamısı tutulub”.
Oskar Uayld

***
“Başqalarının sizin haqqınızda nə düşündüklərinin fərqindəsinizsə, demək, onların ixtiyarındasınız”.
Donald Uels

***
“İnsanları dəyişmək istəyirsənsə, əvvəl özündən başla. Bu həm sərfəli, həm də təhlükəsizdir”.

***
“Üzərinizə hücum çəkən düşmənlərdən yox, sizə tərif deyən dostlardan ehtiyatlanın”.

***
“Bu dünyada sevgi qazanmağın yalnız bir yolu var: onu tələb etməmək və təmənna güdmədən başqalarıyla paylaşmaq”.

***
“Əgər tale sənə limon veribsə, dərhal ondan limonad hazırla”.
Deyl Karnegi

***
“Dünya, insanın ehtiyaclarını ödəmək üçün çox böyük, tamahını ödəmək üçün çox kiçikdir”.

***
“Zəif heç vaxt bağışlamır. Bağışlamaq güclülərə xas olan məziyyətdir”.

***
“Göz-gözə gəlmək” prinsipi axırda bütün dünyanı kor edəcək”.

***
“Məqsədi tap, vasitə öz-özünə tapılacaq”.

***
“Bir sual mənim üçün həmişə sirr olub: görən, insan özü kimilərini alçalda-alçalda necə ucala bilər?

***
“Yaşamağın yeganə yolu başqalarının yaşamağına mane olmamaqdır”.
Mahatma Qandi

***
“Hətta ən yararsız insan belə nəyəsə yararlı ola bilər”.

***
“İnanmıram ki, daha bu dünyanı yaxşıya doğru dəyişmək olar. Amma onu bundan pisindən qoruya biləcəyimizə inanıram”.

***
“Əgər bir insanı aldada bilmisənsə, düşünmə ki, o, axmaqdı. Sadəcə, sənə layiq olduğundan artıq etibar ediblər”.

***
“Düşmənin xəyanətini, dostun isə sədaqətini heç vaxt həddən artıq şişirtmə”.
Tuve Yansson

***
“İnsanlar həmişə günahı şəraitin üstünə yıxırlar. Amma şəraitin belə güclü olmasına inanmıram. Bu dünyada yalnız özünə uyğun şərait axtaranlar uğur qazanırlar, tapmayanda isə onu yaradırlar”.
Bernard Şou

***
“Böyük xərclərdən yox, xırda gəlirlərdən ehtiyat edin”.
Con Rokfeller

***
“Xırda qüsurlara əhəmiyyət verməyin, unutmayın ki, özünüzdə ondan da böyükləri var”.

***
“Narahatlıq insanın sabahkı problemlərini həll etmir, sadəcə, bugünkü rahatlığını əlindən alır”.

***
“İnsanın iki həyatı olur. İkincisi insan həyatın yalnız bir dəfə verildiyini anlayanda başlayır…”
Konfutsi

“Özünə lazım olmayanları alırsansa, bugün-sabah özünə lazım olanları satacaqsan”.
Bencamin Franklin

“Hər bir insan bəşəriyyəti dəyişmək istəyir, amma özünü dəyişmək barədə düşünmür”.

***
“Güclü insanlar həmişə sadə olur”.

***
“Düşünürük ki, bizi yaxşı olduğumuza görə sevirlər. Ağlımıza belə gətirmirik ki, bizi sevənlər özləri yaxşıdır”.
Lev Tolstoy

***
“Hər anınızda iştirak edin, əks halda həyatı əldən buraxmış olarsınız”.
Budda

***
“Məni həqiqətlə döy, amma yalanla sakitləşdirmə”.
Cek Nikolson

***
“İnsanlar bir-birini təsadüfən seçmir… Biz yalnız təhtəlşüurumuzda olanlarla rastlaşırıq”./aydinyol.az/
Ziqmund Freyd

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ