Bulqakovun ən sirli əsəri: “Master və Marqarita”nın 7 açarı

Tarix:16-05-2019, 19:54 Baxış Sayı:78

Bulqakovun ən sirli əsəri: “Master və Marqarita”nın 7 açarı
“Master və Marqarita” romanı Mixail Bulqakovun ən məşhur romanı olmaqla yanaşı, həm də ən sirli əsərinə çevrilib. Alimlər əsərin qaranlıq məqamlarını aydınlığa qovuşdurmaq üçün 75 ildir çalışırlar.

Manera.az roman haqqında araşdırmanı təqdim edir:

1. Ədəbi mistifikasiya

Alimlərə məlumdur ki, Bulqakov böyük maraqla XIX əsrin alman mistisizmini araşdırırdı. Allah haqqında traktatlarla tanışlıqdan, xristian və yəhudi inamının demonologiyaları ilə bağlı əsərləri, iblis haqqında əfsanələri oxuduqdan sonra yazıçı bütün bunları qələmə alacağı kitab yazmaq qərarına gələn yazıçı romanı bir neçə dəfə dəyişir.

İlk kitab 1928-1929-cu illərdə yazılır. Romana “Dırnaqlı Jonqlyor”, “Qara sehrbaz” adlarını vermək nəzərdə tutulsa da “Master və Marqarita” adı əsər üçün düşünülməyib. Romanın ilk nəşrində əsas qəhrəman İblis idi və kitab faktiki olaraq rus müəllifi tərəfindən yazılmış “Faust”u xatırladırdı. Lakin kitab işıq üzü görmədi, haqqında məlumat da azdır. Çünki “(Möminlərin) Riyakarların Kabbalası” pyesinə qadağa qoyulduğundan, Bulqakov əlyazmanı yandırmağa qərar verdi. Yazıçı alovda həlak olmuş iblisdən kitab yazmaq istədiyini hökumətə bildirdi. İkinci roman “İblis və ya qüdrətli kansler” adını alıb. Bu kitabda əsas qəhrəman alçalmış mələk olur. Kitabın ikinci nəşrində Bulqakov “Master və Marqarita” adını fikirləşib, Voland və əshabələrinə əsərdə yer verdi, amma bu nəşr də işıq üzü görmədi. “Master və Marqarita” adını əsərə üçüncü əlyazmasında versə də, təəssüf ki, Bulqakov əsəri bitirə bilmədi.

2. Çoxsimalı Voland

Əsəri oxuduqda əvvəlcə belə təəssürat yaranır ki, Voland müsbət personajdır. Sevgi, yaradıcılıq üçün qüsurlu insanlarla mübarizə apararaq qəhrəmana çevrilir. Amma Voland yoldan çıxarandır. Əsəri diqqətlə oxuduqda çoxsimalı olması nəzərə çarpır. Reaalıqda Voland Şeytanı təmsil edir. Yenidən fikirləşilmiş Məsihin obrazıdır. Bu qəhrəmanları Bulqakov nəşr edilməmiş ilk əlyazmasında təsvir edirdi. Əsərdə Skandinaviya Odini ilə Volandın oxşarlığı aydın şəkildə sezilir. Odin qədim alman tayfalarının ibadət etməyə and içdikləri Yaradan Voton və yaxud da xristian ənənələri tərəfindən İblisə çevrilib. Voland mason və böyük sehrbaz qraf Kalistro ilə oxşardır. Obrazların hər üçü gələcəkdən xəbər verməyi və min il əvvəl baş vermiş hadisələri xatırlamağı bacarırdılar. Diqqətli oxucular əsərin kiçik epizodunda - “xidmətçilərin sehrbazı xatırlayaraq adının Faland olmasını ehtimal edirlər” - bu oxşarlığı dərhal anlayırlar. Diqqət çəkən məqam yalnız adların səsləşməsi deyil, Almaniyada iblisin Faland adlandırılmasıdır.

3. Şeytanın əshabələri

Çoxmənalı keçmişi olan Begemot, Azazello və Karavev-Faqot “Master və Marqarita” əsərinin parlaq qəhrəmanlarına çevriliblər. Yazıçı bu qəhrəmanları iblis tərəfindən idarə olunan ədalət təmsilçiləri kimi təsvir edib. Susuz səhranın iblisi və iblis-qatili olan Azazello obrazı “Əhdi-Ətiq”dən götürülüb. Dini kitablarda bu adları insanlara silah və bəzək əşyaları düzəltməyi öyrətmiş alçalmış mələyə verirdilər. O həmçinin, qadınlara makiyaj öyrədir. Buna görə də Bulqakov Marqaritaya krem verərək onu qaranlıq yola itələyir.

Begemot obrazı hər oxucu üçün xüsusilə yadda qalır. Bu pişik-qulyabanı Volandın sevimli təlxəyidir. Personajın prototipi “Əhdi-Ətiq”dən götürülmüş mifoloji vəhşi heyvandır. Əsasən, əfsanələrdə acgöz iblisi təmsil edir. Yazıçı begemot-pişik obrazını Anna Dezanj tarixçəsini araşdırarkən tamamlayıb. O, XVII əsrdə yaşayıb və 7 iblis tərəfindən saxlanılıb. İblislərdən biri Begemot adını daşıyırmış. Onu qorxulu heyvan şəklində fil başlı, qısa quyruqlu, böyük qarınlı, insan qollu təsvir edirdilər.

Əsərdə Voland əsahbələrindən insan olanı ancaq Karavev-Faqotdur. Alimlər onun prototipini hələ müəyyən edə bilməyiblər. Bu obrazın kökləri zəif şəkildə “Faust”dakı müharibə allahını xatırladır. Vitsiliputsli obrazı iblisin bir nömrəli köməkçisi olur.

4. Kraliça Marqo

Bu qəhrəman Bulqakovun sonuncu həyat yoldaşına çox bənzəyir. “Master və Marqarita” əsərində bu personajın Fransa kraliçası, IV Henrinin həyat yoldaşı Marqo ilə əlaqəsini xüsusi şəkildə qeyd edir. İblisin evində keçiriləcək bal gecəsinə gedən Gombul Marqaritanı görür, onu Müqəddəs Kraliça adlandırır. Daha sonra isə Gombul Parisdə keçirilən, qanlı Varfolamey gecəsinə çevrilən toyu xatırlayır. Bulqakov əsərində Varfolomey gecəsində iştirakçı olan “Qessara” nəşriyyatından da yazır. Kraliça Marqarita şair və yazıçılar üçün himayəçi olub. Bulqakov həmçinin, əsərdə Marqaritanı sevən yazıçı Master haqqında yazır.

5. Moskva-Yerusəlm

Əsərdə sirli hadisələrin biri də zamandır. Heç bir tarix tapmaq olmur. Baş verən hadisələr 1-7 may 1929-cu ilə, Pasxa bayramından əvvəlki Əzab həftəsinə aparır. Digər başlıqda isə 1929, ya da 1930-cu illərə Yerusəlmdə Əzab həftəsinə aparır. Birinci başlıqda hadisələr paralel şəkildə cərəyan edir. İkinci başlıqda isə hadisələr ayrı-ayrılıqda kiçik şəkildə başlayır, sonra bir süjet xəttində birləşir. Bu zaman saat bütöv bir vaxtı əhatə edir və digər dünyaya – Yerusəlmdən Moskvaya keçir.

6. Kabbala kökləri

Əsəri araşdıran mütəxəsislər belə nəticəyə gəliblər ki, Bulqakov yalnız sehrlə maraqlanmırdı. Əsərdə Volandın dilindən yəhudi mistikasının konsepsiyasını da eşitmək olur. Əsərin bəzi epizodlarında Voland deyir ki, heç kimdən heç nə istəmək lazım deyil, əsasən də güclülərdən. Onun fikrincə, insanlar özləri verəcək və təklif edəcəklər. Bu kabbalistik təlim Tanrının vermədiyi şeylərə sahib çıxmağı düzgün saymır. Xristian dini inacı isə sədəqə istəməyə icazə verir. Əsərdə ay işığı Şeytan öz əshabələri ilə yox olduqda sönür. Bu da sirli aləmi xatırladır. Kabbalistlərin təlimində olduğu kimi işıq mənfi personajlar yox olduqda gedir. Onların təlimində Tor işıq hesab olunur. İdeyalarına əsasən, həyatın işığına çatmaq insanlardan asılıdır. Bu fikir isə romanda insanın sərbəst seçimilə uzlaşır.

7. Sonuncu əlyazma


Sonuncu dəfə yazılıb nəşr olunan əsəri Bulqakov 1937-ci ildə başlayıb. Yazıçı həyatının sonunadək bu əsərin ərsəyə gəlməsi üçün çalışıb. Romanın üzərində 12 il çalışsa da, əsər yarımçıq qalıb. Alimlər bunun səbəbini tapa bilmirlər. Mütəxəsislər hesab edirlər ki, müəllif özünü xristian dini görüşlərində, demonologiya sahəsində az məlumatlı hesab edirdi. Bulqakov sonuncu romanına bütün gücünü verib. Roman üzərində sonuncu dəyişiklik Marqaritanın tabut arxasınca gedən ədəbiyyatçılar haqqında işlətdiyi cümlə olur. Bu dəyişiklik 13 fevral 1940-cı ildə olur, bundan bir ay sonra Mixail Afanasyeviç Bulqakov vəfat edir. Roman haqqında sonuncu qeydi bu fraza olub: “Bir biləydiniz, bir biləydiniz...”./parafr.az/

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ