Beyin necə işləyir? - Maraqlı faktlar

Tarix:9-04-2019, 20:39 Baxış Sayı:86

Beyin necə işləyir? - Maraqlı faktlar
Təbiət, yaradılış öz mükəmməlliyi ilə heyran etməyə davam edir. Dünyanın ən böyük sürprizi insandır. İnsanın ən izah edilməz orqanı isə onu idarə edən beyindir. Dünya alimləri uzun illərdir beynin sistematik fəaliyyəti ilə əlaqədar araşdırmalar aparsalar da, onun necə işlədiyi sirrini aça bilməyiblər. Amma hər dəfəsində maraqlı faktlar aşkarlayıblar. Manera.az insan beyni ilə əlaqədar maraqlı faktları təqdim edir:

"Beynin sadəcə, 10 faizi çalışır"

İnsan beyni haqda bu gün çoxsaylı miflər var. Ən çox eşitdiyimiz isə budur ki, insan beyni özündə olan potensialın yalnız 10 faizini aktivləşdirir. Bu barədə psixoloqlar, psixiatrlar, ekstrasenslər və s. hər kəs danışır. İnsan beyninin imkanlarının yalnız 10 faizinin çalışması qəribə bəyanat olsa da, daha maraqlısı, geridə neçə faizin passiv qalmasıdır. Bəs bunun səbəbi nədir? İsveç alimləri iddia edir ki, beyin özü-özünü müdafiə məqsədilə bunu edir. Beyinin digər böyük hissəsi passiv şəkildə gizli guşədə qorunur. Bu o zaman işə düşür ki, hər hansı fövqəladə hal baş verir və insan təlaş içərisində olarkən qeyri-adi çıxış yolu tapır. Əslində, bu, tamamilə normaldır. Sadəcə olaraq, normal psixologiya altında insan beyni aktiv fəaliyyət göstərmədiyi üçün bu, digərləri üçün qeyri-adi, möhtəşəm görünür. Müasir skanerlər vasitəsilə araşdırma aparan həkimlər insan beyninin tam olaraq 100 faizlik işlədiyini iddia edir. Beyinin müxtəlif funksiyaları insanların müxtəlif hərəkətlərindən asılı olaraq dəyişir. Biz gəzərkən beynin hərəkətimizi tənzimlədiyi hissəsi aktiv fəaliyyətdə olur. Hətta yatarkən belə beynin bir hissəsi fəaliyyətini davam etdirə bilər.

Beynin ölçüsü bəllidirmi?

Bəzən deyirlər ki, hər kəsin ürəyi yumruğu qədərdir. Sizcə, həcmi böyük olan beyin daha məsuliyyətlidirmi? İnsan ilə balina beynini müqayisə edən alimlər bunun əksini deyir. Onların fikrincə, insan beyni orqan olaraq belə müxtəlif ölçülərdə ola bilirsə, onun funksiyasını, aktivliyini ölçüləri ilə limitləmək doğru olmaz. Məsələn, müxtəlif insan beyinləri arasında XX əsrin görkəmli fiziki, nisbilik nəzəriyyəsinin banisi, kvant nəzəriyyəsinin və statistik fizikanın yaradıcılarından biri Albert Eynşteynin beyni standart ölçülərdən çox olub. Statistikaya əsasən, insanların beyinlərinin çəkisi normal olaraq ondan daha azdır. Bunu Eynşteynin vəfatından sonra ailəsinin icazəsi olmadan beynini başından çıxaran həkim Tomas Stoltz Harvey demişdi. İllər sonra Eynşteynin oğlu Hans Albertdən icazə almaqla onun beynini tədqiq etməyə başlayan həkim beynin hissələrini digər alimlərlə incələdikdən sonra onun normal insanın beyni ilə müqayisədə qeyri-adi hüceyrə quruluşuna malik olmasını elan etmişdi.

Yaşa görə insan beyni zəif olur

Bəzi sinir hüceyrələri bərpa edilə bilməyəcək xüsusiyyətə malikdirlər. Bir qrup alim bu səbəbdən beynin bütün hüceyrələrinin eyni bərabərdə çalışmadığını deyir. Buna səbəb insan dünyaya gələndə beyində olan bəzi hüceyrələrin sürətlə inkişafıdır. Bu səbəbdən, bir qrup hüceyrə özünü yeniləsə də, yaş həddi ilə bağlı yaşanan bir sıra xəstəliklərin artması özünü bərpa edə bilməyən hüceyrələrin məhv olması ilə əlaqəlidir. Sinir hüceyrələrinin problemi isə əksər hallarda böyüklərdən meydana gəlir. Yaşlandıqca insanların ağlını itirməsinə səbəb budur. Fəal zəka fəaliyyəti, sağlam həyat tərzi ilə məşğul olan, təbii qidalarla orqanizmi təmin edən insanlarda bu proses ləngiyir. Onlar dolğun yaşda da normal olaraq başqaları ilə ünsiyyət qura bilirlər, zəka oyunları oynaya bilirlər, nəinki zehni, hətta fiziki gücləri də onlara çalışmağa imkan verir. Məsələn, bir çox kəşflərə imza atan professorlar var ki, hətta 80 yaşlarında belə universitetlərdə gənc kadrlardan daha gözəl elmi mühazirələr oxuyurlar.

Beyin şirniyyatı sevir?

Beynin işləməsi üçün oksigen və qlükoza vacibdirmi? Əslində bu da mifdir. Alimlər düşünür ki, beynimiz üçün nə yediyimizin elə də əhəmiyyəti yoxdur. Siz qarğıdalı unundan hazırlanmış yeməkləri və ya bir kq konfeti bir dəfəyə yesəniz belə, bədən özünə lazım olan qlükoza səviyyəsini özü tənzimləyəcək. Həddən artıq qəbul edilən istənilən qida orqanizmdə sağlamlıqla bağlı müəyyən fəsadlar yarada bilir. Şirniyyat istifadəsindən, xüsusilə də, şəkər tozundan mümkün qədər imtina etmək sağlamlığınız üçün faydalıdır. Çünki şəkərli diabetin əsasında şəkər tozu dayanır.

Beyində hər hissiyyat orqanının öz hüceyrə qrupu var

İnsan beyni bədənin müəyyən bölgələrindən gələn siqnallarla oyanır. Əvvəllər elm adamları hər bölgənin eyni siqnalla beyinə ötürüldüyünü deyirdi. Lakin son araşdırmalar göstərir ki, görmə korteksi yalnız görmə qabiliyyəti ilə aktivləşir, eşitmə isə tam başqa. Bu, əslində, çox mürəkkəb prosesdir. Çünki bəzən görmə qabiliyyətini itirən şəxslərdə digər hissiyyatlar sürətlə inkişaf edir. Bəs bunu necə izah etməli? Beyin qəribə plastikadır.

Biz yatanda beyin dayanırmı?

Əslində, bu, doğru mif deyil. Tam əksinə. İnsan yatanda, istirahət edəndə beyin daha məsuliyyətlə çalışmağa başlayır. Beyin heç vaxt dayanmır. Gün ərzində alınan bütün məlumatlar beyin süzgəcindən keçirilir. Alimlər deyir ki, beynin içində xüsusi kitab rəflərini xatırladacaq bölmələr mövcuddur. Qəbul edilən informasiyalar yaddaşa bənzər bölgülərlə ötürülür. Daha sonra beyin yığılmış toksinlərdən təmizlənir. Real həyatda tamamilə əlaqəsiz mövzular arasında qəribə bir əlaqə yaranır. Gördüyünüz yuxular da bunun nəticəsidir. Heç bir şey təsadüfən baş vermir. Mendeleyevin kimyəvi elementlərin cədvəlini məhz yuxuda görməsi bir inqilabdır. Bu həqiqət bir daha sübut edir ki, insan yatan zaman beynində yuxu prosesindən əlavə isbat edilməsi çətin olan qeyri-adi dəyişiklik gedir.

Əjdəha beyinlər eyni anda neçə iş görə bilir?

Bu, beyin haqqında deyilən ən gülməli miflərdən biridir. Çünki bu, elmi cəhətdən də mümkün deyil. Beyin eyni anda iki prosesi həll edə bilməz. Bir çoxları həqiqətən belə düşünürlər, amma bu real deyil. Sadəcə, beyin düşündüyü istiqamətə yaxın olan digər bir məsələyə də anidən keçid edə bilər. Amma həlledici nəticələrə aid deyil. Bu isə bütün insanlarda mövcuddur. Məsələn, bir mobil telefonun beynini düşünün. Eyni anda ona iki prosesi əmr etmək mümkün olmur. Mütləqdir ki, bu ardıcıl baş versin. Əks təqdirdə sistem donur. İnsan beyni də belədir. Qeyri-adi bacarıqları ilə hər kəsi təəccübləndirən unikal şəxsiyyətlər isə tarix boyu olub və olacaq. Biz onları tez-tez çox işi eyni anda görə bilən əjdəha beyinlər adlandırırıq. Onlar eyni anda həm musiqiyə qulaq asır, həm şeir əzbərləyir, həm də kubik-rubik toplaya bilirlər../milli.az/

Zeynəb ƏliqızıБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ