Mütaliənin mənfi təsirləri

Tarix:19-02-2019, 19:48 Baxış Sayı:189

Mütaliənin mənfi təsirləri
"Niyə mütaliə ehtiyacı duyuruq?” sualının hərədə bir cavabı var. Uzun və yorucu iş gününün sonunda dincəlmək, bilmədiyimiz həyatlara toxunmaq, xəyallara qapılmaq, gündəlik qayğılardan müvəqqəti uzaqlaşmaq və s. Bəzən isə heç bir səbəb olmadan əsl ehtiyacımız olan şeyin nə olduğunu müəyyənləşdirmək məqsədilə vərəqləyirik kitabı.

Amma yəqin ki, kimsə sizə mütaliənin qidalanma rejimini pozduğunu desə, bu səbəbə əsla inanmazsınız. İngiltərədə 29 yaşlı Cenevanın anereksiya (həddindən artıq çəki itirmə - red.) simptomları ilə xəstəxanaya düşməsi və anasının oyaq olduğu bütün zamanlarda anasının ona kitab oxumasını müşahidə edən həkimlər Oksford Universitetinin sosial-psixologiya fakültəsinin professorları və "Beat” xeyriyyə cəmiyyətinin sosioloqlarını məsələni araşdırmağa dəvət ediblər.

Belə ki, Cenevanın anası ancaq tətil üçün harasa getdiklərində, alış-verişə çıxdıqlarında qızının yemək yediyini bildirib. Ceneva əlinin altında kitab olanda ancaq mütaliə ilə məşğul olur və onda iştahasızlıq baş qaldırır. Bu izahatlardan yola çıxan hər iki araşdırma qrupu əvvəlcə mütaliənin qidalanma ilə fiziki və dolayı əlaqəsini, daha sonra oxunan kitabların janrı və mövzusunun beynin funksiyaları ilə əlaqəsini araşdırıb. Elmi ədəbiyyatın insan orqanizminə müəyyən təsirləri olduğu onsuz da bəllidir. Bədii ədəbiyyatın orqanizmimizə nə kimi təsirləri olduğu isə bu araşdırma ilə aydınlığa qovuşub.

Mütaliə beyni aktiv və insanı ruhən "formada” saxladığı üçün özümüzü daha sağlam hiss etdiyimiz fikrinə inanmaq o qədər doğru deyilmiş. Bəzi kitablar, janrlar, mövzular müəyyən qrup oxucu auditoriyasının səhhətinə mənfi təsir göstərirmiş. Cenevanın qiraət siyahısını gözdən keçirən araşdırmaçılar 10200 nəfərin qatıldığı sorğunun nəticələrini sürətlə analiz etməyə başlayıb. Məlum olub ki, hər 885 nəfərin 773-ü mütaliə ilə aramsız məşğul olduğu dönəmlərdə qidalanma pozğunluğundan əziyyət çəkir. Ruhən özünü zənginləşdirdikləri düşüncəsiylə kitabdan qopmayanlar bədənə fiziki baxımdan dərin zədə vururlar. Odur ki, şeirə, fantastik və ya kriminal əsərlərə, müxtəlif mövzulara ayrı-ayrı fərdlərin nə kimi kliniki reaksiyalar verdiyi mütləq şəkildə yoxlanmalıdır.

Oxucu özü onun həm mənəvi, həm fiziki vəziyyətinə müsbət təsir edən janrı seçməlidir. Çünki psixiatr və psixoterapevtlərin şeiri, romanı müalicə məqsədilə istifadə etdikləri məlumdur. Belə vəziyyətdən əziyyət çəkən bir başqa keçmiş mütaliəçi isə artıq yüksək qan təzyiqi dözülməz həddə çatdığından mütaliədən tamamilə uzaqlaşmalı olub. Dərin araşdırmalardan sonra isə məlum olub ki, 54 yaşlı Krik Metyu detektiv janrın aludəçisi olub. Onun bütün biblioterapiya siyahısı detektiv-kriminal əsərlərdən ibarət olub. Romanların gedişatındakı həyəcan və gərginlik onun qan-damar sisteminə təsir göstərərək, qan təzyiqinin artması ilə nəticələnirmiş. Anoloji dərin sorğu Cenava ilə də aparılıb. Sorğu zamanı Cenavanın ancaq müharibə mövzulu roman və avtobioqrafiya oxuduğu ortaya çıxıb. Həkimlər müşahidə dövründə anasına Cenavaya oxuması üçün şeir və fantastik romanlar veriblər.

Mütaliə zamanı Cenevanın qidalanmasında heç bir dəyişiklik müşahidə olunmayıb. Vəziyyəti normallaşdıqdan sonra Cenava romanların onun səhhətinə mənfi təsir etdiyini anladığını, dəfələrlə başqa janrda kitablara üz tutduğunu, lakin ancaq müharibə mövzulu romanların onun maraq dairəsinə uyğun olduğunu deyib. Həkim heyəti Cenevanın fiziki göstəricilərinin normaya qayıdacağı günə qədər xəstəxana şəraitində qalması və birmənalı şəkildə kitablarla əlaqəsini kəsməyə qərar verib.

Sosioloqlar isə psixi və fiziki vəziyyətində müəyyən narahatlıq hiss edən insanların uyğun kitablar seçməsinin əhəmiyyətli olduğunu vurğulayır. Məsələn, melanxolik tiplərin fantastika və ya elmi ədəbiyyatla, sanqviniklərin tarixi roman, avtobioqrafiya ilə, fleqmatik olanların şeir və detektiv-kriminal nümunələrlə və s. maraqlanmaları məsləhət görülür.

Məlumat üçün bildirək ki, mövzu ilə bağlı Oksford Universitetindən Emily Trosciankonun hazırladığı məqalənin tam versiyası ilə "The İndependent” dərgisində tanış ola bilərsiniz../artkaspi.az/

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ