Müharibə bahalı bir oyundur - Murat Menteşdən seçmə fikirlər

Tarix:21-01-2019, 11:31 Baxış Sayı:257

Müharibə bahalı bir oyundur - Murat Menteşdən seçmə fikirlər
Manera.az tanınmış türk yazıçısı Murat Menteşin “Ruhi Mücərrəd” romanından seçmə fikirləri təqdim edir.

100 yaşındasınızsa insanlar sizi hər dəfə görəndə hələ də canlı olmağınıza təəccüblənəcəklər.

Evlilik qadına deyinmək hüququ, kişiyə də qaş-qabaq sallamaq imtiyazı verən müqəddəs müqavilədir.

Evlənmək dost tapmaq üçün yaxşı yol deyil.

Məhəbbət gənclərin oynadığı, ancaq qocaların bildiyi bir oyundur.

Dünya faniliyini nəzərə almasaq cənnətdən fərqlənmir.

Müharibə bahalı bir oyundur.

Qocalar cavanlara ölümü xatırladır. Gənclər də qocalara.
Müharibə bahalı bir oyundur - Murat Menteşdən seçmə fikirlər
Yaşamaq ölülərin də haqqıdır.

Əsl musiqi aşiqi hamamda mahnı oxuyan qızın səsini eşidəndə açar dəliyinə gözünü deyil, qulağını dayayandır.

İnsan zamanın dəyərini öyrənənə qədər ömür bitir.

Dost hələ hücuma keçməmiş düşmən deməkdir.

Bir insan kədərdən dəli olanda başqaları onun kədərini deyil dəliliyini görürlər.

Eqoizm axmaqların özlərinə zərər vermə üsullarının ən geniş yayılmış olanıdır../aznews.az/

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ