Surqut hava limanı Fərman Salmanovun adını daşıyacaq

Tarix:6-12-2018, 21:15 Baxış Sayı:55

Surqut hava limanı Fərman Salmanovun adını daşıyacaq
"Rusiya 1" telekanalının birbaşa efirində "Rusiyanın böyük adları" müsabiqəsinin nəticələri açıqlanıb.

Səsvermənin nəticələrinə görə, 47 beynəlxalq və federal hava limanından 42-si yeni ad alıb. Məsələnin açıq qaldığı hava limanları arasında Nijnevartovskun da adı var.

Manera.az xəbər verir ki, Surqut şəhər aeroportu Sibir neftini kəşf edən Azərbaycan kəşfiyyatçı geoloqu Fərman Salmanovun adını daşıyacaq.

Müsabiqənin final mərhələsində o, Aleksandr Filipenko və Yermak Timofeyeviçi qabaqlayıb.

Respondentlərin 58%-i öz səslərini geoloqa veriblər.

Nijnevartovsk sakinlərinin də əksəriyyəti Fərman Salmanova səs veriblər, lakin onların sayı Surqutdakından az olub – 45%.

İndi Rusiya prezidenti Vladimir Putin hava limanlarının adının dəyişdirilməsi haqqında fərman imzalandıqdan sonra, yeni ad, aeroportların artıq mövcud olan adına "əlavə olunacaq".

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ