Yazıçılığın sirləri

Tarix:7-11-2018, 15:43 Baxış Sayı:52

Yazıçılığın sirləri
Mark Tven

Mark Tven gənc yazıçılara etdiyi mə­zəli və kinayəli məsləhətləri ilə məşhur idi:

Hansısa əsəri qələmə alanda "çox" əvə­zinə "həddən artıq" yazın. Redaktorunuz həmin sözü sizin istədiyinizlə əvəz eləyə­cək.

Əsəri başlamaq üçün ən yaxşı vaxt onu artıq fikrinizdə yazıb bitirdiyiniz vaxt­dır. Əslində, nə demək istə­diyinizi yalnız bundan sonra aydın və məntiqi şəkildə dərk edəcəksiniz.

İdeya hamıda var. Amma hə­min ideyanı bir neçə səhifədə yox, məhz bir abzas­da ifadə etmək qabiliyyəti heç də hamıda yoxdur.

"Qadın qışqırdı" yazmayın. Onu elə vəziyyətə gətirin ki, özü qışqırsın.

Böyük kitablar təmtəraqlı dilinə yox, üslubuna və mətnin mahiyyətinə görə qiymətləndirilir.

Kurt Vonnequt

Kurt Vonnequt "Baqombonun tütünqabısı: Dağınıq hekayələr" əsə­rində gənc yazıçılara fikirlərini qısa ifadə etməklə bağlı maraqlı məsləhətlər verib:

Naməlum oxucunun sizə ayır­dığı vaxtı əbəs yerə uzatmayın.

Oxucunuzun tez və asanlıqla isinişə biləcəyi obrazlar yaradın.

Hekayənin əvvəlinin məntiqi sonluğa uyğun olmalıdır.

Hekayənizin qəhrəma­nı dərhal nəsə etməli, ən azı bir stə­kan su içməlidir.

Cümlə ya qəhrəmanın xarakterini göstərməli, ya da hərəkəti təsvir etməlidir.

Personajlarınıza münasibətdə qəddarlıq göstərin. Oxucu­nun onu yaxşı qiymətlən­dirməsi üçün qəhrəmanınızı çıxılmaz vəziyyətlərə salın.

Konfliktin səbəbini gizli saxlamağa ça­lışmayın, bütün məlumatla­rı dərhal açıqlayın. Əgər mətbəx böcəkləri əsərinizin sonuncu səhifələrini yesələr, oxucunuz özü sərbəst şəkildə hekayəni bitirmək imkanında olmalı­dır.

Frensis Skott Fitscerald

Hansısa bir adi adamdan başlayın və görəcəksiniz ki, tipik obraz yaratmısınız. Tipik obrazdan başlasanız görəcəksiniz ki, heç nə yaratmamısınız.

Elə yazın ki, guya bu işi bir nəfər üçün görürsünüz. Çünki hamının xoşuna gəlməyə çalış­sanız, qələmə aldığınız əhvalata ölüm hökmü çıxarmış olarsınız.

Çak Palanik

"Döyüş klubu" romanı ilə məş­hurlaşan Çak Palanikin isə gənclərə məsləhəti bunlardır:

Oxucu sənin güman elədi­yindən ağıllıdır. Hekayətin forması və zaman keçidləri ilə eksperiment aparmaqdan çəkinmə. Kino bizi bu baxımdan kifayət qədər hazırlıqlı edib. Həm də oxucu­nu heyrətləndirmək sizin gü­man etdiyinizdən də çətindir.

Yazanda nə hadisələri tələsdir, nə də finalı uzat. Sən yalnız sonrakı hadisələr barədə fikir­ləş. Sonra nə baş verə­cəyinin hamısını bilməyinə ehtiyac yoxdur. Əslində, bunu bilsən, düşündüklərini təsvir etmək həddən artıq çətin ola­caq.

Özün oxumaq istədiyin kitabı yaz.../Nəriman; aydınyol.az/

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ