Sevgi ipəkqurdu kimidir

Tarix:17-04-2015, 04:56 Baxış Sayı:684

Bir alim sevgini ipəkqurduna bənzədir və deyir ki, gənclik duyğuları ömrün növbəti mərhələlərində ritmini də, şəklini də, atmosferini də dəyişməlidir.


İlk günlərində tut yarpağı ilə qidalanan bir qurdun sonradan kəpənəyə çevrildiyi kimi, sevgi də müəyyən bir yaşdan sonra qanad çıxarmalı, halını-şəklini dəyişərək səmimiyyətə, qayğıya, mərhəmətə çevrilməlidir. Yəni 70 yaşındakı ər-arvad 30 yaşındakı ailədən daha çox bir-biri üçün darıxmalı və qayğısına qalmalıdır. İllər boyu davam edən birgə yaşayış tərəflərin xarakterində yeni cizgilər kəşf edir, onları bir-birinə uyğunlaşdırır və bir çox məqamlarda oxşar hala gətirir. El arasında bir söz var: ərlə arvadın torpağı bir yerdən götürülüb. Bu məsəl əslində bizim bir az əvvəl dediyimiz o həqiqətə işarədir. Torpağın haradan götürüldüyünü deyə bilməsək də, onu bilirik ki, 20-30 il birgə yaşayan ər-arvadın xarakterində bir-birinə bənzəyən xeyli xüsusiyyətlər meydana çıxmış olur.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ