Həyat, doğrudan da, gözəldir – Qabriel Qarsia Markesin deyimləri

Tarix:18-09-2018, 16:28 Baxış Sayı:137

Həyat, doğrudan da, gözəldir – Qabriel Qarsia Markesin deyimləri
Manera.az Qabriel Qarsia Markesin deyimlərini təqdim edir:

● 15 yaşımda öyrəndim ki, hər şeyi hamıdan yaxşı analar bilir, bəzən də atalar.

● 20 yaşımda anladım ki, əyri işin faydası yoxdur, lap ustalıqla yerinə yetirilsə belə.

● 25 yaşımda bildim ki, çağa ananı səkkiz saatlıq gündüzdən, atanı da səkkiz saatlıq gecədən məhrum edir.

● 30 yaşımda başa düşdüm ki, kişinin cazibəsi gücündə, qadının gücü isə cazibəsindədir.

● 35 yaşımda anladım ki, gələcək – insana irsən ötürülən bir şey deyil, özünün yaratdığı bir şeydir.

● 40 yaşımda öyrəndim ki, xoşbəxt yaşamağın sirri sevdiyin işlə məşğul olmaqda deyil, məşğul olduğun işi sevməkdədir.

● 45 yaşımda anladım ki, insan həyatının 10 faizi başına gələnlərdən, 90 faizi isə onlara verdiyi reaksiyalardan ibarətdir.

● 50 yaşımda bildim ki, kitab – insanın ən yaxşı dostu, kor-koranə təqlid isə ən pis düşmənidir.

● 55 yaşımda anladım ki, kiçik qərarları beyinlə qəbul etmək lazımdır, böyük qərarları isə ürəklə.

● 60 yaşımda başa düşdüm ki, sevgisiz fədakarlıq etmək olar, amma fədakarlıqsız sevmək əsla mümkün deyil.

● 65 yaşımda bildim ki, insan uzun ömürdən ləzzət ala bilmək üçün lazım olanı yeyəndən sonra istədiyini də yeməlidir.

● 70 yaşımda öyrəndim ki, həyatda əsas məsələ əlində yaxşı kartların olması deyil, pis kartlarla yaxşı oynamağı bacarmaqdır.

● 75 yaşımda bildim ki, insan özünü yetkin saymadıqca kamilləşməkdə davam edir, özünü yetkin zənn edən anda isə bəlaya düçar olur.

● 80 yaşımda anladım ki, sevmək və sevilmək dünyada ən böyük ləzzətdir.

● 85 yaşımda başa düşdüm ki, həyat, doğrudan da, gözəldir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ