Kitab çap etmək üçün tövsiyə olunan QAYDALAR | MANERA.AZ

Tarix:30-07-2015, 13:19 Baxış Sayı:2149

Kitab çap etmək üçün tövsiyə olunan  QAYDALAR | MANERA.AZ

Naşir Penni C.Sansevieri bir yazıçı ilə söhbət edərkən, ya da ondan bir e-mail alarkən adətən belə bir cümlə ilə qarşılaşdığını deyir: “Kitabım çapa hazırdır”.

Amma bu kitabların çoxunun həqiqətən çapa hazır olmadığını deyən Sansevieri bir kitabın çapa hazır olması barədə 7 maddəlik siyahı hazırlayıb. Manera.az həmin siyahını təqdim edir:

1. Kitab bazarını yaxşı bilmək.


Bu maddə çox vacibdir. Kitab bazarının kodlarını yaxşı bilməniz lazımdır. Mühiti, kitabınıza və çap təcrübənizə təsir edəcək amilləri bilməlisiniz. Bunu necə etmək olar? Nəşr olunmuş kitablar haqqında yazılanları oxumaq, bloqları araşdırmalısınız ki, kitab bazarında baş verənləri anlaya biləsiz.

2. Yazdığınız kitabın janrı və bu janra bazardakı tələbatı analiz etmək.

Bu nöqtə adətən diqqətdən qaçır. Kitab bazarında hansı janrların daha çox satıldığını bilirsinizmi? Sizinlə eyni mövzuda yazan başqa kim var? Onların kitablarını alıb oxumusunuzmu? Kitab bazarında nəyin trend olduğunu, hansı kitabların satılıb, hansı kitabların satılmadığını bilmək sizin üçün vacibdir.

3. Dərhal məşğul olmaq istəyi.

“Youtube və Tvitter dövründə kim məşhur olmaq istəməz” — deyə düşünmüsünüzmü? Doğrudur, siz də kitabınız çap olunan kimi məşhurlaşmaq istəyə bilərsiz. Əgər belə düşünürsüzsə, yazdığınız kitabın nəşri ilə əlaqədar xəyal qurmaq üçün çox vaxta ehtiyac yoxdur. Çünki məşhurluq xəyal qurmaqla deyil, intizamla çalışdıqda qazanılan şeydir. Amanda Hokinq (gənc Amerika yazarı, milyoner) kimi bir qəpiksiz başlayıb çox satanlar siyahısına girərək həyatları uğur hekayələrinə çevrilən yazarların yazıçılıq prosesini diqqətlə nəzərdən keçirməlisiz. Məşhur olmaq kimi bir məqsədə sahib olmaq yaxşı fikirdir, amma adətən həqiqətə uyğun olmur. Çünki məşhur olan bir çox yazıçı bu işə başladıqda bioqrafiyalarını imzalamaq üçün partilər təşkil etmirdilər. Onların çoxu bəlkə də vaxtını bezmək nədir bilmədən çalışaraq keçirirdilər. Məşhur ola bilərsənmi? Bəlkə də. Amma əvvəlcə çalışmalısan!

4. Hər şeyin satış rəqəmlərindən ibarət olduğuna inanmaq.

Bir kitabın satılacağına zəmanət vermək mümkün deyil. Biz bəzən yazarlara kitablarını X sayda satılacağına zəmanət verən bir marketinq şirkəti ilə əməkdaşlıq etməyi tövsiyə edirik. Çünki onlar kitabın satışını planlamasalar nə qədər nüsxə satılacağını bilmək olmur. Bəli, biz də kitablarınızın çox satılmasını istəyərik. Amma bunun həyata keçməsi üçün maddə 3-də olduğu kimi çox zəhmət çəkməlisiz.

5. Marketinqlə bağlı heç nə eləməmək.

Kitabınızın nəşrinə az qalıb və onu bazara buraxmaq üçün heç nə eləmirsiz? Bax bu pis xəbərdir. Niyə? Çünki, 2012-ci ildə 300 min kitab nəşr olunub və sıçrayış etmək istəyirsinizsə həmin dəqiqə səyinizi eşitdirməlisiniz.

6. Səbrsiz olmaq.

Kitab çap eləmək və səbirsiz olmaq ikisi bir araya sığmır. IBPA-nın bir araşdırmasına görə üzərində işlədiyiniz bir kitabın qiymətləndirilib sizə geri göndərilməsinə 2 il vaxt sərf olunur. 2 il sizə çox uzun görünə bilər, əslində həqiqətən də elədir. Fəqət, sizə əminliklə deyə bilərəm ki, kitab bazarında və marketinqdə hər şey vaxt aparır. Bunu dilə gətirməkdən xoşum gəlmir, amma kitab bazarında səbirsizlənməyin yeri yoxdur. Bu vəziyyət mənim də işimi çətinə salır. Hətta səbirsiz kəlməsinin anlamı məni tamamilə ifadə edir deyə bilərəm. Səbirsizlənməyə başladığınızda dərin nəfəs alın və bir addım geri atın. Çünki edə biləcəyiniz hər şeyi etdiyinizdə, üstəlik doğru şeylər etdikdə tez, ya gec, bir nəşriyyatın sizə yenidən diqqət etdiyini görəcəksiniz.

7. Marketinq planı tutmamaq.

Rəsmi də olmasa kitabınızın marketinqini necə həyata keçirəcəyinizlə bağlı bir fikrinzin olması lazımdır. Ən azından məqsədiniz, marketinq strategiyanız və planınızın ana xətlərini müəyyənləşdirməlisiniz.

Yekunda redkator işi barədə bəzi şeylər deməliyəm. Bu, yazarların adətən gözdən qaçırdığı çox vacib məqamdır. Niyə? Çünki kitab tərtibi sizə asan gəlməsin. Kitabın tərtibatı, redaktor işi xüsusi qabiliyyət tələb edən sahədir. Redaktorluq təkcə yazıdakı nöqsanları aradan qaldırmaq deyil.

Redaktor sizə tənqidi yanaşa bilməli və sizin təkbaşına edə bilməyəcəyiniz işlərin öhdəsindən gəlməlidir.

Kitab nəşri olduqca ciddi bir işdir, əgər buna ciddi yanaşsanız uğur qazanacaqsınız.



Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ