Yoxsulluq içində ölən məşhur Yazıçılar

Tarix:10-05-2018, 11:47 Baxış Sayı:186


 Yoxsulluq içində ölən məşhur Yazıçılar
Çox insan yazıçıların var-dövlət içində öldüyünü düşünür. Bu yazıda yazıçıların həyatından pulsuzluq hekayələrini öyrənəcəksiniz. İdeallarını puldan üstün tutan bu insanlar olmasaydı necə bir dünyamız olardı? Düşünün kifayət edər...
[h1][/h1]
Ölümlərindən sonra romanları geniş oxumaq cədvəlinə qovuşan yazıçıların, güman edilənin əksinə maddi sıxıntılarla dalaşması, "dahilərin qiyməti öləndən sonra başa düşülür"sözünü təsdiqləyir. Yazdıqları əsərlərlə ədəbiyyat dünyasına böyük təsir etməsinə baxmayaraq, maddi çətinliklərlə boğuşan yazıçılar arasında Aleksandr Duma, Peyami Səfa, Edqar Allan Poe, Əhməd Həmdi Tanpınar kimi görkəmli yazıçılar da var.

MARK TVEN, KONFRANSLAR VERƏRƏK BORCLARINI ÖDƏDİ

Tərcümeyi-haldan toplanan məlumatlara görə, Tom Soyerin Macəraları və Hakleberi Fininin Macəraları adlı məşhur uşaq romanlarının müəllifi Mark Tven, karyerasının zirvəsində Amerikanın ən məşhur adamlarından biri kimi göstərilirdi.Pul qazanmaq üçün müxtəlif işlərə sərmayə qoyan Mark Tvenin cəhdləri həmişə uğursuzluqla nəticələndi.1885-də yaratdığı nəşriyyatı isə iflasına səbəb oldu. 58 yaşında boğazına qədər borc içində idi. 5 il boyunca kitab yazaraq və Avstraliyadan Hindistana, Cənubi Afrikadan İngiltərəyə qədər bir çox ölkədə konfrans verərək borclarını ödədi. Həyat yoldaşı Olivia bu tempə dayana bilmədi; Sağlamlığı pozuldu və Florensiyada öldü. Tven isə altı il sonra 75 yaşında öləndə geridə 23 kitab buraxdı.

ALEKSANDR DUMA KİRAYƏ PULUNU ÖDƏMƏK ÜÇÜN PALTOSUNU SATDI


Üç Muşketyorlar və Monte Kristo Qrafı kimi çox satılan tarixi romanların müəllifi Aleksandr Duma, yazıçı həyatı boyu cəmi 200 min cild tutan roman, pyes və tarix kitabı yazdı. Təxminən 5 milyon dollar edən sərvətinə bir az həmkarının çatdığı söylənilir. Ancaq qadın və içkiyə düşkünlüyü ilə yanaşı, gözünün yüksəklərdə olması yalnız sonunu hazırladı. Son illəri yoxsulluq içində keçdi. Ev kirayəsini ödəmək üçün bütün qiymətli əşyalarını, hətta paltosunu satdı. Qohumları, baqqal borclarını verməsəydi aclıqdan ölə biləcəyi bioqrafiyasında qeyd olunur.

EDQAR ALLAN PO 3 DOLLAR OLAN EV KİRAYƏSİNİ ÖDƏMİRDİ

Şeirləri və sirli hekayələri Amerikan ədəbiyyatının ən dəyərli yazıçılarından biri kimi göstərilən Edqar Allan Po, qumar və içkiyə düşkün idi. İçəcək bir şey tapa bilmədiyində yüngül spirt içirdi. Bir çox həmkarı kimi sağlamlığında qiyməti təqdir edilmədi. Əsərlərini qarının toxluğuna satmaq məcburiyyətində qaldı. Erkən dövr əsərlərindən Ligeyanı on ildə tamamlaya bildi. Bu əsərini sadəcə 10 dollara satdı. Qarğa (The Raven) adlı əsəri 1845-ci ildə nəşr olunanda ona yalnız 9 dollar verilib. Aylıq 3 dollar olan ev kirayəsini ödəmirdi. Arvadı Virciniya qidasızlıqdan vərəm xəstəliyinə tutuldu. Qarğanın müəllifi Po pulsuz idi. Günlərlə bir şey yemədən ac otururdu. Ponun ailəsinin aclıqdan ölmək üzrə olduğunu anlayan qonşuları səbətlərlə yemək gətirdi. Həyat yoldaşı Virciniya öləndə Ponun cibində cənazənin qaldırılmasına çatacaq pulu yox idi. Meyxanada pisləşdikdən dörd gün sonra 40 yaşında öldü. Son sözü, "Tanrım mənim yazıq ruhuma kömək et" oldu. Ölümündən sonra Po satışa çıxarılan bir neçə səhifəlik əl yazısına 10 min dollar veriləcəkdi.

PEYAMİ SƏFA TELEFONUNU SATIŞA ÇIXARIB

Peyami Səfa, 27 May zərbəsindən sonra ağır günlər keçirdi. Elan tapmaqda çətinlik çəkdiyi Türk Düşüncəsi jurnalının nəşri dayandırıldı. Türk Ədəbiyyatçılar Birliyindən və Türk Dil Qurumundan çıxardıldı. Son illərində Adnan Menderese yaxın olduğu üçün ağır hücum və təhqirlərə məruz qaldı. Milli Birlik Komitəsinin təzyiqləri ilə Rəsmi Alın yazılarına da son verildi. Təqribən 300 cild tutan çalışması vardı; amma işsiz idi və maddi sıxıntı içərisində idi.

Bir gün nəşriyyatçının yanına gedərək ev kirayəsini ödəmək üçün telefonu satışa çıxardığını deyir. Nəşriyyatçısı, Sultanhamamı sənətkarlarından telefon ödənişi qədər pul toplayaraq Səfaya təslim edər. Basıldığını görmədiyi Şərq-Qərb Sintezi adlı kitabını bu borcuna qarşılıq nəşriyyatına təslim edər. 62 yaşında vəfat edən Doqquzuncu Hariciyə Məhbuslar Yataqxanasının müəllifi, son dövrünü belə yekunlaşdırır: "Kitablarımı çap etdirib da böyük pullar qazana bilməmiş, məni yazı heyətinə alıb da böyük sərvətlər yığmamış redaktor, qəzet sahibi çətin göstərilir. Amma mənim zəhmət payımın mükafatı, yarım əsr davam edən uzun bir məhrumluq, xəstəlik və əziyyət həyatından başqa bir şey olmamışdır".

TANPINARIN GÜNDƏLİYİNDƏN: XƏSTƏLİYİMDƏN DAHA ÇOX PULSUZLUQLA MƏŞĞULAM

Türk Ədəbiyyatına Əmin-amanlıq və Saatları Nizamlama İnstitutu kimi əvəzsiz əsərlər qazandıran Əhməd Həmdi Tanpınar da son illərdə həm səhiyyə, həm də maddi problemlərlə boğuşdu. 1962-ci ildə 61 yaşında keçirdiyi ürək tutması nəticəsində aramızdan ayrılan Beş Şəhərin müəllifi, içində olduğu çətinlikləri gündəliyinə bu şəkildə qeyd etmiş: "26 Teşrin-i Sani (Noyabr) 1958.Bu Gün qaraciyər müayinəsi üçün xəstəxanaya gedirəm. İçimdə hər şey alt üst. Bittabi xəstəliyimdən daha çox pulsuzluqla məşğulam. Cibimdə yalnız bir lirə var. Pulsuzluğum böyük xəstəliklər kimi demək olar ki, heçdən başladı, artdı, çoxaldı, məni altına aldı. Ətrafım borcla dolu. Cibimdə borc sənədləri var. Hazırda yalnız borcla yaşayıram və borc məni dəli eliyəcək. Xilas olmaq üçün hər bir təşəbbüsüm yeni borca səbəb olur. Yaxud da bir yığın ədəbi layihə(…) pulsuzluğun mütləq və həqiqi təzahürləri və ağırlaşmaları. Əbdülhəq Şinasidən borc pul alıram. Kamaldan pul tapa bilmirəm…"

TOLSTOY ÖZ PALTARINI TİKDİ

Tolstoy isə yoxsulluğu öz arzusu ilə seçim edənlərdən…Zəngin bir ailənin uşağı olaraq doğulan Lev Nikolayeviç Tolstoy, təhsilinin ardından doğma kəndi Yasnaya-Polyanaya dönərək yoxsul kəndlilər sırasına qoşulub. Rus kəndlisinin yoxsul, pərişan vəziyyəti onu çox incidirdi. Malik olduğu torpaqların hamısını dağıtdı, qiymətli mallarını əldən çıxardı; əsərlərinin müəlliflik hüquqlarından imtina etdi. Kəndlilər kimi yaşamağa başladı. Qalın parçadan düzəldilmiş kobud paltarlar geyindi; Ayaqqabılarını öz əli ilə tikdi. Anna Kareninayı və Hərb və Sülhü yazan, otağının tozlarını təmizləyir, paltarlarını tikirdi. Tolstoy, bütün ərazilərini satanda iztiraba düşdü. Bu faciədə bədbəxt keçən evliliyinin payı da böyükdü. Müəllif, son illərini əhval çöküntüsü içində keçirdi. Evini qoyub yollara düşdü. Astapovo qatar stansiyasında öləndə geriyə qələmi, romanları və öz tikdiyi paltarı qaldı.

MEHMET AKİF ERSOY ANKARA SOYUĞUNDA PALTOSUZ DOLAŞDI

İstiqlal Marşının müəllifi Mehmet Akif Ersoy da son illərini iztirab içində keçirdi. Dostu Abbas Həlim Paşanın dəvəti ilə qışı keçirmək üçün Misirə getdi. Daha doğrusu, getmək məcburiyyətində qaldı. Maaşsız, işsiz idi. Ancaq onu əsas kədərləndirən polis təqibi altında olması idi. İstiqlal Məhkəmələrinin intensiv iş apardığı 1920-ci illər Misirdə keçirmək məcburiyyətində qaldı. Min bir əziyyətlə çıxardığı Sebilür-Reşad jurnalı bağladıldı. Misirdə ciddi maddi sıxıntı içərisində idi. Vəziyyətinə pis olub, yemək və ev əşyası gətirməsinlər deyə oturduğu ünvanı dəyişdi.Xəstələnəndə Livan, Antakya üzərindən Türkiyəyə giriş etdi. Beyoğlundakı Misir Mənzilində həyatını itirdi. Dəfninə rəsmi protokol qatılmadı. Məzarı iki il sonra universtetdə oxuyan gənclərlə keçirildi. Siyasi atmosferə görə Safahatın çapı isə 1943-ci ilinə qədər olunmadı.

Ersoy, yazdığı İstiqlal Marşının Məclisdə oxunub ayaqda dinlənilməsinin ardından 12 Mart 1921-də milli marş olaraq qəbul edilməsi səbəbiylə mükafat olaraq ona verilən 500 lirə Aypara Ahmer (Qızıl Aypara) tərkibində cəbhəyə paltar tikən Darül İş vəqfinə bağışlamışdı. Safahat müəllifinin İstiqlal Marşının yazdığı dövrdə əynində paltosunun olmadığı, Təcəddin Dərgahından Məclisə paltosuz piyada olaraq getdiyi söylənilir. Akif, çox sevdiyi millətinə İstiqlal Marşı və Dardanel Dastanı kimi qiymətli əsərlərini; Yaxınlarına isə dürüst və şərəfli bir şəxsiyyət qoyub.

24 Yanvar 1967-ci ildə qəzetlərin səhifələrində ürəkləri gözlərində belə bir xəbər diqqəti çəkdi: Beşiktaşdakı zibil qutularının birində Mehmet Akifin oğlu Əmin Ersoyun ölüsü tapıldı! İllər sonra Çətin Altan, bir yazısında Emin Ersoy yer verdi, bir gün Mehmet Akif Ersoyun oğlu olduğunu söyləyən bir adamın otağına gələrək pul istədiyini, bu hadisədən iki həftə sonra da ölü tapıldığını yazdı.



TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ