Eynşteynin məşhur fotoları

Tarix:27-03-2018, 13:04 Baxış Sayı:375

Eynşteynin məşhur fotoları

Eynşteynin məşhur fotoları
1. ABŞ. 1933

ABŞ-ın məşhur Prinston Universitetində çəkilib. Qəlyanla poza verib. Səbəb: qəlyanı özünün mütəfəkkir imicinə yaraşan simvol hesab edirdi. Yəni, onu daha müdrik göstərdiyinə inanırdı. Bir neçə qəlyanı olub və indi onlar müxtəlif muzeylərdə saxlanılır.

Eynşteynin məşhur fotoları
2. Almaniya. 1931

“Musiqisiz bur həyat düşünə bilmirəm. Həyatımın mənası musiqidir söyləyə bilərəm” – bu sözlər Albert Eynşteynə aiddir. Bu sözlərdən sonra onun musiqi sevgisi haqqında danışmağa ehtiyac yoxdur. Gözəl skripka çalırmış…

Eynşteynin məşhur fotoları
3. ABŞ. 1955

Həmişə sülhü dəstəklədi və bunun üçün nə mümkündürsə etdi. Həyatı boyu müxtəlif konfranslara qatıldı, məruzə etdi, bəşəriyyəti sülhə çağırdı. Bu foto da belə konfranslardan birində çəkilib. Hidrogen bombasının istifadəsinə qarşı təşkil olunan tədbirdə düşüncələrini bölüşür.

Eynşteynin məşhur fotoları
4. ABŞ. 1931

Bu foto Kaliforniyada çəkilib. O vaxtlar bir çox universitetlərdə master-klasslar keçən Eynşteyn bəzi mütəxəssislərin anlamağa çətinlik çəkdiyi tənliklərini yazı taxtasına yazaraq izah edir.

Eynşteynin məşhur fotoları
5. ABŞ. 1931

Fotodakı məşhurları tanıdınızmı? Eynşeyni bildik. O birilərini deyirik. Əlbəttə ki, Çarli Çaplini. Ona Çarlo deyənlər də var. Eynşteynlə çox yaxın dost idilər. Bu foto Çaplinin “Böyük şəhərin işıqları” filminin qalasında çəkilib.

6. Eynşteynin məşhur fotoları
ABŞ. 1951

Qəbul edək ki, əvvəldən hamı bu məşhur fotonu gözləyirdi. Əslində, belə də olmalıdır. Tarixdəki ən ironik fotolardan biridir. Eynşteynin özünün də ən çox sevdiyi fotolardandır və dostlarına təbrik açıqcaları göndərəndə bu fotonu yapışdırırmış üstünə. Sizcə də, 72-ci doğum günü qonaqlığında çəkilən bu foto gözəl deyilmi?


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ