Torpaq kimi doğma adam

Tarix:19-01-2018, 17:19 Baxış Sayı:285

Torpaq kimi doğma adam


Onu nəyəsə inandırmaq çətin məsələdi. Hökmən təsdiqi tapmış arqumentin olmalıdı. Məsələn, onu inandıra bilməzsən ki, filankəs ölüb. Gərək ona zəng edə, sağ olub olmadığını özü yoxlaya. Haqqında danışdığım adam təpədən dırnağa yurda, torpağa bağlı olan adamdır. Onun adı Raufdu. Rauf həyata optimist baxır, qaranlıqda da işıq görür. Bu onun böyüklüyüdür. Rauf həm də yaxşı dostdur. Dostluğa sadiqdir. Bəlkə də doğulub, boya başa çatdığı Naxçıvan torpağı onu belə yetişdirib. Hər halda Raufun öz yolu var. O bu yolda inamla addımlayır. İnsana vəzifəsinə görə yox, insanlığına, xarakterinə görə qiymət verir. Bu cəhət ən xoşuma gələn cəhətidir. Öz mənafeyini yalana, şərə, böhtana görə gözləməz. Düzə düz, əyriyə əyri deyər. Nə vaxtsa Raufu görsəniz, onu tanıdığınıza peşman olmazsınız. Rauf indi özü haqqında yazılan bu yazını oxumayıb, oxuyan kimi mənə zəng vuracaq və soruşacaq:
“Tural, abə qardaş, bu yazını sən yazmısan ha bə niyə...?”

Tural Cəfərli
manera.az

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ