6 dəqiqə kitab oxuyun, nəticə sizi heyrətləndirəcək

Tarix:11-12-2017, 16:38 Baxış Sayı:117

6 dəqiqə kitab oxuyun, nəticə sizi heyrətləndirəcək
Mütaliənin beyni məşq etdirdiyini bilirdik. Amma mütaliə edən insanın fiziki və psixoloji vəziyyətində eyni anda müsbət tarazlığın yarandığından çoxumuz xəbərdar deyilik.

Həmçinin, cəmi 6 dəqiqəlik kitab oxumaqla fiziki fəallıq sayəsində qazanılandan daha artıq nəticə əldə etmək olar.

Alimlər bildirirlər ki, 6 dəqiqəlik qiraət yarım saatlıq piyada gəzintiyə, 10 dəqiqəlik idman hərəkətlərinə bərabərdir. Bundan başqa, 5-10 dəqiqə arası mütaliə yarım saatlıq klassik musiqi dinləmək qədər beyin hüceyrələrini tənzimləməyə qadirdir.

Lakin alimlər mütaliə məsələsində ədiblərdən fərqli fikir bildirirlər. İstənilən ədib azyaşlılara proqram əsasında mütaliə tövsiyə edər. Yəni 10 yaşında uşağa Lev Tolstoy, Viktor Hüqo kimi yazıçıların əsərlərini məsləhət görməzlər. Amma alimlər əksinə, məhz uşaq yaşlarından çətin anladıqları əsərlərə müraciət etməsinin tərəfdarlarıdır.

Onların fikrincə, ağır əsərlər uşaq beynini daha çox işlətməyə, anlamaq üçün daha da aktivləşməyə sövq edəcək. Eynilə çətin məsələ həll edirmiş kimi təsir göstərəcək.

Bundan başqa o da məlum olub ki, insan kitabda qoxu, dad, mənzərə ilə bağlı hissələri oxuduqca eynilə həmin qoxunu, dadı duymuş, mənzərəni görmüş kimi həzz alır.

Beyinin dad, qoxu və görmə funksiyaları yaxşılığa doğru dəyişir. Maraqlıdır ki, televizorda eyni mənzərə, dad və qoxu ilə bağlı verilişlərə baxanda isə əks təsir baş verir, yəni gördüklərini və hiss etdiklərini reallıqda mənimsəmək olmur..../adalet.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ