90 yaşlı Aqneşkanın maraqlı məşğuliyyəti

Tarix:6-12-2017, 17:34 Baxış Sayı:82

 90 yaşlı Aqneşkanın maraqlı məşğuliyyəti
İllər bir-birini qova-qova bizi ömrün ixtiyar çağlarına aparır. Biz istəsək də, istəməsək də...

Amma nə edəsən? Bu da ömrün növbəti mərhələsidir. Zaman üz-gözünə sığal çəkir, saç-saqqalını ağappaq boyayır. Ömrünü-gününü əritdiyin uşaqlar, nəvə-nəticələr artıq böyüyüb, hər kəs öz işindədir. Görünür ki, bu yaşda sən də özünə yeni bir iş, məşğuliyyət tapmalısan.

Çexiyanın Louka kəndinin 90 yaşlı sakini Aqneşka Kasparkova məhz belə edib.

MANERA.Az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, ömrünün ixtiyar çağlarını yaşayan ağbirçək xanım nə vaxtını televizor ekranı qarşısında keçirir, nə də həmyaşıdları ilə arxada qalan illərin xatirəsini çözələyir. Aqneşka xanım özünə olduqca maraqlı məşğuliyyət tapıb. O, qədim kəndlərini incəsənət qalereyasına çevirib. Evini və qonşuların evlərinin fasadlarını çiçək ornamentləri ilə rəngləyərək maraqlı mənzərələr yaradır. Elə mənzərələr ki, bir baxan, bir də baxmaq istəyir....
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ