Üç milyon dollara avtomobil nömrəsi

Tarix:6-12-2017, 17:26 Baxış Sayı:35

Üç milyon dollara avtomobil nömrəsi
Bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən hərracda biznesmenlər avtomobillərin qeydiyyat nömrəsinə külli miqdarda pul xərcləyiblər. Məsələ ondadır ki, bu nömrələr cəmi bir rəqəmdən ibarətdir.

MANERA.AZ novate.ru saytına istinadla xəbər verir ki, bu günlərdə iş adamı Əhməd əl- Marzuki avtomobili üçün 10 milyon dirhəmə (3 milyon dollar) 2 rəqəmi ilə işarələnmiş qeydiyyat nömrəsi alıb. 23 yaşlı sahibkar bildirib ki, bu nömrəni BƏƏ-nin milli bayramı – dekabrın 2-də qeyd olunan Müstəqillik Günü münasibətilə seçib.

Ümumilikdə isə hərracda bu cür 15 bahalı və unikal nömrə satılıb. Məsələn, “1111” nömrəsi 12 yaşlı gəncə 400 min dollara başa gəlib.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ