Drezden şəhərində “oxuyan ev”

Tarix:2-11-2017, 12:10 Baxış Sayı:42

Drezden şəhərində  “oxuyan ev”
Almaniyanın Drezden şəhərində “oxuyan ev” şəhər sakinlərinin sevilən məkanlarından birinə çevrilib.

Bu qeyri-adi evi yerli dizaynerlər Kristofer Rosner və Andre Tempel yaradıblar.

Su boruları binanın çöl divarlarına elə quraşdırılıb ki, onlardan axan yağış damcıları melodik səslər çıxarır.

Su “divar musiqi alətləri” üzərindən axaraq xoş və gözəl melodiya yaradır.

Yağışlı havada “oxuyan ev”in qarşısına çoxlu turistin toplaşması artıq heç kimi təəccübləndirmir. Onlar “yağış musiqisi”ndən sözün əsl mənasında həzz alırlar.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ