Con Lennonun imzaladığı albom hərracda

Tarix:11-08-2017, 14:37 Baxış Sayı:31

Con Lennonun imzaladığı albom hərracda
Britaniyanın məşhur “The Beatles” qrupunun faciəvi şəkildə həyatını dəyişmiş üzvü Con Lennonun imzaladığı albom hərraca çıxarılıb.

MANERA.AZ aif.ru saytına istinadən xəbər verir ki, albomun qeyri-adiliyi ondadır ki, bu, Con Lennonun ölümündən bir neçə saat öncə qatili Mark Çepmen üçün imzaladığı musiqi albomudur.

C.Lennondan evi qarşısında avtoqraf alan qatil bir neçə saat sonra onu odlu silahdan açdığı atəşlə öldürüb, hadisə yerindən qaçarkən isə imzalı albomu yerə salıb. 1980-ci ildən bəri ömürlük həbs cəzasına məhkum edilmiş qatil dəfələrlə əfv olunmasını istəsə də, arzusu gözündə qalıb.

Albomu tapan şəxs onu 1999-cu ildə hərracların birində satışa çıxarıb. Hərrac təşkilatçılarının sözlərinə görə, diqqətlə baxanda albomun üzərində qatilin barmaq izlərini hələ də görmək mümkündür
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ