Atamın şəkli- Foto/Xatirə

Tarix:4-08-2017, 12:57 Baxış Sayı:111

Atamın şəkli- Foto/Xatirə



1992-ci ildə Ağdamda atam hərbiçi yoldaşları ilə şəkil çəkdirmişdi. Uşaq vaxtı bu şəkilə baxanda həmişə məni ağlamaq tuturdu.

Elə bilirdim ki, atam da bu şəkildəki dostları ilə birlikdə həlak olub. Hər dəfə axşam düşəndə qapının zənginə qaçıb atamı qarşılayanda o şəkildəki atamın sağ olduğuna görə özümü xoşbəxt hiss edirdim.

Bu yaxınlarda yenə o şəkilə baxdım. Artıq məni ağlamaq yox gülmək tutdu. Çünki şəkildəki atamın hərbiçi yoldaşları hamısı gülürdü. Bir atamdan başqa. Bəlkə də məni ağladan bu imiş- atamın gülə bilməməyi...


Tural Cəfərli
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ