Bir cüt meyvə dörd min dollara satılıb

Tarix:30-05-2017, 11:30 Baxış Sayı:84

Bir cüt meyvə dörd min dollara satılıb

Yaponiyanın cənubunda yerləşən Miyazaki şəhərində keçirilən hərrac zamanı nadir yerli sortdan olan bir cüt manqo meyvəsi rekord səviyyədə yüksək qiymətə - 400 min yenə (təqribən 3,7 min dollar) satılıb. Kyodo agentliyini yaydığı məlumata görə, hərracın qalibi Fukuoka univermağının sahibi olub.

Həmin meyvələrin reklam məqsədilə vitrinə qoyulacağı bildirilir. Hərracda təqribən 200 alıcı iştirak edib.

Belə hərraclara, adətən yerli “Günəş növü” adlı meyvələr buraxılır. Həmin meyvələr al rəngi, 15 faizdən çox şəkərə və 350 qramdan çox çəkiyə malik olması ilə seçilir. Bu ilki qalib cütlüyün çəkisinin bir kiloqramdan artıq olduğu bildirilir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ