Dünyanın ən kök insanları - Maraqlı

Tarix:30-05-2017, 15:00 Baxış Sayı:73

Dünyanın ən kök insanları - Maraqlı
Dünya əhalisinin yetkin insanlarının 19,5 faizi köklükdən əziyyət çəkir. Bu fakt İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının yeni məlumatında əksini tapıb.

Köklük cəhətdən dünyanın ən problemli ölkəsi ABŞ sayılır. Burada 15 yaşından yuxarı əhalinin 38,2 faizində piylənmə diaqnozu qeydə alınıb. Analitiklərin proqnozuna görə, 2030-cu ilə qədər bu göstərici 47 faizə çatacaq.

Reytinqin ikinci pilləsində vətəndaşlarının 32,4 faizinin artıq çəkidən əziyyət çəkdiyi Meksika qərarlaşıb. Siyahıda sonrakı yerləri Yeni Zelandiya, Macarıstan, Avstraliya və Böyük Britaniya tutur.

Çəki göstəricisinə görə ən sağlam ölkə isə Yaponiyadır. Burada yetkin insanların cəmi 3,7 faizi piylənmə ilə üzləşib.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ