"Yalanlara və boş vədlərə nifrət edirəm"- İradə Əlili » Manera.Az

"Yalanlara və boş vədlərə nifrət edirəm"- İradə Əlili

Tarix:17-04-2017, 14:03 Baxış Sayı:824

"Yalanlara və boş vədlərə nifrət edirəm"- İradə Əlili


Manera.az "Beşlik" layihəsində tanınan insanları qısa şəkildə başqa formada təqdim edəcək. Bu dəfə müsahib İradə Əlilidir.

- Nələri oxuyursuz?

- Kitabxanaçı peşəsi ilə bağlı ədəbiyyatları oxuyuram. Ramiz Rövşənin şeirlərini oxumağı da sevirəm.

- Nələri izləyirsiz?

- Sosial şəbəkələri diqqətlə izləyirəm. Mədəniyyət və sosiologiya sahəsində baş verən yenilikləri diqqətlə izləməyə çalışıram.

- Nələri dinləyirsiz?

- Azərbaycan klassik musiqisini.

- Nələri sevirsiz?

- İnsanları sevindirməyi sevirəm. Onların gözündə sevinc və xoşbəxtliyi görməkdən zövq alıram.

- Nələrə nifrət edirsiz?

- Təkəbbürdən və özündən razılıqdan zəhləm gedir. Yalanlara və boş vədlərə də nifrət edirəm.

Tural İsmayılov
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ