Xəyalpərəstlər üçün ev | MANERA.AZ

Tarix:13-06-2015, 12:33 Baxış Sayı:1509

Xəyalpərəstlər üçün ev | MANERA.AZ

Almaniyanın Bremen şəhərinin “Baumraum” arxitektura studiyası xəyalpərəstlər üçün ağaclar arasında evin layihəsini hazırlayıb.

Memarlar meşədə ev ideyasını Almaniyanın Uslar şəhəri yaxınlığında, təbiətin qoynunda həyata keçirməyi planlaşdırırlar.

“Treehouse Solling” adlanan ev suda, svaylar üzərində dayanacaq. İkimərtəbəli tikilinin sahəsi 36 kvadratmetr təşkil edəcək və inşasında ağac materialından istifadə olunacaq.

Evə böyük terrasa aparan pilləkən vasitəsilə daxil olmaq mümkündür. Onun pəncərələrindən heyvanlar aləminə tamaşa etmək üçün gözəl mənzərə açılacaq.

Ramiz Quliyev


Xəyalpərəstlər üçün ev | MANERA.AZ
Xəyalpərəstlər üçün ev | MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ