Yeni kompyuter prosessoru hazırlandı - sudan... | MANERA.AZ

Tarix:13-06-2015, 12:22 Baxış Sayı:590

Yeni kompyuter prosessoru hazırlandı - sudan... | MANERA.AZ
ABŞ-ın Stenford Universitetinin alimləri ferromaqnit maye və hidrodinamika sahəsindəki kəşflərdən istifadə edərək yeni növ kompyuter prosessoru hazırlayıblar.

Ənənəvi prosessorlardan fərqli olaraq yeni qurğuda məlumatların ötürülməsi üçün elektrik əvəzinə maqnit nanohissəciklərin əlavə olunduğu dövr edən maqnit sahəsindəki su damcılarından istifadə olunur. “İ” və “T” hərfləri formasında hərəkət edən metal elementlər sahənin quruluşuna təsir edərək mayeni hərəkət istiqamətinə yönəldir.

Qurğu adi kompyuterlərin apardığı hesablama əməliyyatlarını aşağı sürətlə yerinə yetirə bilir. Alimlər bildiriblər ki, onlar ənənəvi prosessorlara rəqib yaratmaq və ondan mətn redaktorları kimi müxtəlif proqramların işə salınması üçün istifadə etmək niyyətində olmayıblar.

Mütəxəssislər bu kəşfi maddi substansiyalara yüksək dəqiqliklə nəzarət edən və onlarla müxtəlif manipulyasiyalar həyata keçirən hesablama maşınlarının yeni sinfi kimi dəyərləndiriblər. Bu qurğuların biologiya, kimya və bir çox digər sahələrdə faydalı olacağı bildirilib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ