Dünyanın ən qədim tarixi daşları MANERA.AZ

Tarix:27-05-2016, 14:39 Baxış Sayı:295

Dünyanın ən qədim tarixi daşları MANERA.AZ
İngiltərənin Wiltshire bölgəsində yerləşən “Stonehenge” abidəsi Neolit dövrü ilə bürünc dövrü arasında təbii olaraq yaranan ən qədim tarixi abidələrdəndir. “Stonehenge” qədim ingilis dilində “asılmış daşlar” deməkdir.

“Stonehenge” dairəvi şəkildə yerləşən dik daşlardan və kurqanlardan ibarətdir. Arxeoloqlar abidənin eramızdan əvvəl 3000-2000-ci illərə aid olduğunu düşünürlər. Abidənin ətrafındakı balaca daş və xəndək onun ən qədim hissəsini təşkil edir və eradan əvvəl 3100-cü ilə aid olduğu ehtimal edilir.

Bu tikinti astronomiya, astrologiya, həndəsə, meteorologiya və paqanizmlə əlaqələndirilməkdədir.

Abidə 1986-cı ildə abidə UNESCO-nun mədəni irs siyahısına daxil edilib. Onun sahibi Britaniya monarxiyası hesab edilir və İngiltərə tarixi abidələrinə nəzarət qurumu “English Heritage” tərəfindən idarə olunur.

Bu abidənin maraqlı cəhətlərindən biri də yarandığı ilk vaxtlarda məzarlıq olması ehtimalıdır.

Daha əvvəllər, günəş-kosmos rəsədxana, günəş saatı ola biləcəyi iddia edilən “Stonehenge” beş yüz il ərzində məzar sahəsi olaraq istifadə edilmişdi.

Abidədən bir qədər aralıda bu tikintini inşa edənlərin yaşadıqları yeri təsvir edən süni “Neolitik evlər” sərgilənir. Bu evlər 65 könüllü tərəfindən 10 min saata tikilib.

“Stonehenge”i hər il 1 milyondan artıq turist ziyarət edir. 2014-cü ildə ABŞ prezidenti Barak Obama və Britaniyanın Baş naziri Devid Kemeron abidənin ziyarətçiləri arasında olublar.



Dünyanın ən qədim tarixi daşları MANERA.AZ
Dünyanın ən qədim tarixi daşları MANERA.AZ
Dünyanın ən qədim tarixi daşları MANERA.AZ
Dünyanın ən qədim tarixi daşları MANERA.AZ
Dünyanın ən qədim tarixi daşları MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ