Oxunub : 2419 | Tarix : 2-05-2015, 00:56 | Bölmə: Maraqli

“Məni göyərçin gətirib” – Çinarə Ömray
Çinarə Ömray

Mənə hər zaman maraqlı olub uşaqlığım. Necə doğuldum, necə böyüdüm? Sonrakılar onsuz da mənə aydındı. Anbaan yadımdadı, bütün yaşadıqlarım. Uşaqlığıma qaçqınlıq qonaq oldu, uşaqlığıma “yox”lar qonaq oldu. Amma yenə də bir sevgiylə, bir gözəlliklə böyüdüm...
Nənəmdən, anamdan soruşardım hər zaman. Necə oldu mən doğuldum? Təbii ki, hərəsi bir cür danışardı və bu mənə çox maraqlı gələrdi. Əslində mənim dünyaya gəlməyim də maraqlı olub.
Nənəm deyirdi:

- Bizim kənd adamları çox mehriban idilər. Sevilnən Azər bir birlərini sevəndə getdik Sərxudgilə elçi. Allahın əmri ilə Sevili Azərə isədik. Azər də bir az dəlisov idi. Sərxud bizə dedi ki, 5 oğlun var, Azərdən başqa hansına istəyirsənsə verirəm qızımı amma o dəliyə mən qız vermərəm. Sonra uşaqların sevgisi o qədər güclü oldu ki, bri-birlərinə qoşulub qaçdılar.

Sən olanda Sevil çox pis olmuşdu. Həkimlər dedilər ki, uşaq doğulmamış ana ölə bilər. Kəndə də gedib çatmışdı bu xəbər. And olsun Mirsədi babamış ocağına, bir də gördüm bütün kəndin cavanı, yaşlısı yığılıblar Hüseyn kişinin kamazının kuzasına töküldülər xəstəxananın qabağına. Hələ nobatdan qaloşnan gələn də olmuşdu. Hamısı deyirdi ki, Sevilə qan verməyə gəlmişik. İş elə gətirdi ki, o boyda insanın içində bir mənlə Azərin qanı uyğun gəlmişdi Sevilə. Artıq həkim lazımı qan köçürüldüyü üçün ananın doğuşa girə biləcəyini deyəndə hamımız rahatlamışdıq. Birdən Azər çıxıb Sərxuda dedi ki, qızınızın sizə aid olan qanı idi onu dəyişib özümüzünkü elədik. Hamımız gülüşdük. Sonra da bu qədər kənd camaatını ayağa qaldıran, hamını təşvişdə saxlayan o gözəl nur topu kimi qızımız gəldi dünyaya.
Anam da başqa cür danışırdı. Deyirdi ki,: - bütün dünya gözümdə qaralımışdı o an. Bütün qanımı itirmişdim. Həkimlər yatmağa qoymurdular. Oyaq olmalıydım. Bir tək Azərin səsin eşidirdim qışqırırdı ki, Sevilə nəysə olsa buranı dağıdacam. Sakitləşdirə bilmirdilər onu. Həkimlərdən hansısa dediki Bakıyla əlaqə yaratdıq vertalyot göndərirlər aparaq ora.

Həə bir də Göyərçin söhbəti var idi. Hər zaman mənə maraqlı olan. əvvəl mən bunu nənəmin, bibimin danışdığı bir hekayyə, nağıl kimi qəbul edirdim. Amma bu son vaxtlar anamdan onu bir daha soruşanda həqiqətən də baş verdiyini demişdi. Bu əsil möcüzə idi. Necə ola bilərdi ki. Mən bu hadisəni həmən gün mənə dünyaya gəlməyimdə köməklik edən və tək şahidi olmuş həkimdən eşitmək istəyirdim. Anamdan xahiş etdim və getdik Rahilə xaımın qəbuluna. Onu deyim ki, çox həyəcanlı idim.

Rahilə xanım Qubadlıda həm şəxsiyyəti, həm də sənəti ilə tanınmış, yetərincə hörmət, nifuz sahibi olan bir həkimdir. Sumqayıtda yerləşən Qubadlı rayon xəstəxanasında çalışır hal-hazırda. Bizi çox gözəl qarşıladı. Mənim Sevilin qızı olduğumu biləndə isə heyrətlə o hadisəni xatrladı və bir necə həkim yoldaşını da çağırıb dedi “Yadınızdadır? Qubadlıda doğuş zamanı belə bir hadisə baş vermişdi? Bax, bu həmin qızdır. Görun necə böyüyüb?! İlk sualı bu oldu “Xoşbəxtsən?” “Nəsə qeyri adi istedadın, bacarığın var?”

Daha sonra söhbətinə davam edərək əlavə etdi ki, o hadisə baş verəndə dedilər ki, arxayın olun Göyərçin Allahın müjdəçisidir anaya da uşağa da heç nə olmayacaq. Kimisi də dedi ki, bu uşaq ya sağ qalmayacaq, ya da nə isə qəribə bir şey baş verəcək həyatında. Çünki ondan qabaq müjdəçisi gəlmişdi.
Mən heyrətlə Rahilə xanımı dinləyir və bacardıqca suallarını cavablandırırdım. Ondan xahiş etdim ki, o günü mənə təsvir etsin, olduğu kimi.
Rahilə xanım ağ xalatda sanki bir mələyi xatırladırdı. Neçə-neçə həyatı xilas edən bir mələyi. Şux qamətli, gözəl və nurani simalı bir xanım, ağ xalatda ağ gülə bənzəyirdi. Elə sevinirdim ki, mənə belə gözəl bir xanım dünyaya gəlməyimə kömək edib. O stolunda əyləşib danışmağa başladı:

- Həmən gün çox ağır gün idi. Bizdə elektrik işləyən, xətrini çox istədiyimiz Nəriman kişi gəlini Sevili gətirmişdi. Tibb bacıları istəyirdilər ki, ilk nəvə xəbərini onlar versinlər Nəriman dayıya. Amma təəssüf ki, çox zaman hər şey istədiyimiz kimi olmur. Bu dəfə də elə oldu. Sevil çox qan itirmişdi onu belə doğuşa çıxara bilməzdik. Tez-tez Bakı ilə əlaqə saxlayır, oradakı kolleqalarla məsləhətləşirdik. Belə qərara gəldik ki, sonuncu qanı da köçürək və deyilən iynəni vuraq, qan dayanmasa vertalyotla xəstəni şəhərə göndərək. Nəhayət qanaxmanı dayandıra bilmişdik. Xəstənin səhəti artıq sabitləşmişdi. Doğuş ola bilərdi. Və bütün məsuliyət mənim üstümdə olduğu üçün həyəcanlı idim. Gecəni burda qalmağı qərarlaşdırdım. Hər an doğuş başlaya bilərdi. Gözəl bir may səhəri idi. Sübh yenicə açılırdı. Tibb bacıları gəldilər ki, artıq doğuş sancıları başlayıb. Həyəcanım birə-beş artdı. Xəstəxananın həyəti adamla dolu idi. Gecədən burda qalmışdılar ki, birdən yenə qan lazım olar.
Xəstəni doğuş stoluna çıxartdıq və uşaq gələn an bütün xəstəxananın işıqları söndü. Bu qəribə idi. Nə edəcəyimi bilmirdim.Əl-ayağım əsird. Amma bunu büruzə verməmək üçün tibb bacılarına səsimi ucaltdım ki, tez bütün lampa və ya şam, nə tapsaz gətirin bura. Doğuş stolunu pəncərənin önünə çəkdik və işıq düşsün deyə pəncərəni də tayba tay açdıq. Lampaları, şamarı yandırdıq. Bismillah deyib işə başlamaq istəyirdim. Iki insan taleyi əlimdə idi. Bu məsuliyyət məni daha da həyəcanlandırırdı. Nə qədər peşəkar olsan belə bu halda həyəcanlanmamaq münkünsüz idi. Həmin gün növbədə qalan həkim yoldaşlarım da yanımda oldular. Çünki gözlənilməz bir hal idi və köməkləri lazım ola bilərdi. Sanki bütün işarələr kiminsə öləcəyinə tərəf idi. Amma yox, mən bunların ikisini də xilas etməliyəm. Şam işığına belə olsa bu uşaq sağ-salamat dünyaya gələcək, deyib özüm-özümə təsəlli verirdim. Bu an pəncərədən bir ağ göyərçin girdi otağa tibb bacıları təşvişə düşdülər bu nədir belə? Göyərçin düz gəlib titrəyən əlimə qondu. Bu əsil möcüzə idi. Sanki Allahın xəbərçisi idi. Allah onla xəbər göndərdi ki, qorxma mən sənləyəm titrəməsin bu əllər. 2, 3 saniyə əlimdə dayanıb uçdu və quşun uçmağı ilə uşağın doğulmağı eyni oldu. Bu çox qəribə idi. Uşaq necə oldu bilmirəm sanki ruhumu göyərçin özüylə götürüb aparmışdı. Mən isə robot kimi işimə proqramlaşmışdım. Otaqda hamı donub qalmışdı. Bu nə idi? Necə ola bilərdi axı? Uşağın çığırtı səsi şillə kimi üzümüzə dəydi elə bil ayıltdı bizi. Və uşağın doğulmağı ilə işıqların yanmağı eyni anda baş verdi. Sanki uşaq ağlamağıyla işıqları da yandırdı, bizi də ayıltdı. Hələ də hammı o quşda qalmışdıq. Sonra Nəriman kişiyə şad xəbəri verdik. Məlum oldu ki, bu qız elə atasının doğum günü dünyaya gəlib. Necə deyərlər Anasının atasına hədiyyəsi oldu. Amma bu hadisəni nəinki bütün xəstəxana, bütün kənd, rayon danışırdı. Və maraqlısı da o idi ki, hərə bir fikir söyləyirdi. Biri deyirdi “Bu uşaq çox yaşamayacaq”, biri deyirdi “göyərçin Allah müjdəçisidir. Bu uşaq böyüyəndə Allahın vergisin daşıyacaq” . Bir sözlə, o uşaq hamının marağında idi. Bu hadisənin canlı şahidi olan mən də hamıdan çox maraqlanırdım o uşaqla. Sonradan bildiyimiz kimi qaçqınlıq düşdü, hərə bir yana dağıldı. Amma hər zaman o qızı görmək istəmişəm. Böyüyübmü görən? Xöşbəxtdirmi? Hardadır? kimi suallar hər zaman məni düşündürürdü...

Evə qayıdıram və düşünürəm həyat elə ilk gündən işıqları söndürmüşdü üzümə. Bu cür də böyüdüm və yaşadım. Şam işığı boyda ümidlərə tapınıb yaşadım, lampanın bu an neftim bitecey və sönəcəm qorxusu ilə o titrəyən alovu kimi bu an səbrim tükənəcək və öləcəm deyərək titrəyə-titrəyə yaşadım.
Bu gün işıqları yandırması üçün o göyərçini gözləyirəm. Bir dəfə də gəlsin həyatıma, ya həyatımı, ya da yaddaşımı dimdiyinin ucunda götürüb yenidən uçsun...

Manera.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников

Oxşar xəbərlər