Xəyallarımın şəhəri - Şefşauen -FOTOLAR

Tarix:1-05-2015, 13:39 Baxış Sayı:1484

Səyahəti çox adam sevir. Məncə hər kəsin ürəyində xəyallarının şəhəri var. İndiyənə kimi bu haqda fikirləşməmisinizsə, bu məqalədən sonra əminəm ki, bu haqda düşünəcəksiz.

Mənim də xəyallarımda belə bir şəhər var. Bu şəhər Mərakeşin şimalında yerləşən çox da böyük olmayan Şefşauen şəhəridir.
Şefşauen şəhəri Göy şəhər adı ilə daha məşhurdur. Sakinlər şəhəri göy rəngə boyayanda, bunun turistlər tərəfindən marağa səbəb olacağını heç düşünməmişdilər. Və məhz bu göy rəng, şəhəri Mərakeşin ən məşhur şəhərlərindən birinə çevirmişdir.

Şəhərdə gəzərkən , keçirdiyiniz hisslər bir xeyli vaxt sizin yaddaşınızdan çıxmayacaq. Sanki nağıllar aləminə düşmüş kimi: dar küçələr, səmayla vəhdət yaradan mavi divarlar, sadə insanlar , təbiətlə təmas və bu kimi digər gözəlliklər adamı lap valeh edir.

Şefşauen, hündür olmayan bir və iki mərtəbəli yaşayış binalarından ibarətdir. Küçələr labirint əmələ gətirdiyindən burada asanlıqla azmaq mümkündür. Əsasən bu şəhərə hücum edən düşmənləri azdırmaq üçün belə layihələşdirilib.

Sakinlər evləri əsasən təbii boya ilə boyayırlar. Ənənəyə görə evin aşağı hissəsi tünd göy, ortası mavi, yuxarısı isə ağ rəngə boyanır. Və bununla da çox gözəl bir nağıl effekti yaranır.

Göy rəngə boyamağın əsas səbəbi dinlə bağlıdır. Şefşauen uzun müddət müsəlmanlarla yanaşı yahudilərin də məskəni olub. Və onlar da öz növbəsində göy rəngin daha çox səmaya , Allaha yaxın olduğunu vurğulayıblar. Belə fərz olunur ki, göy rəngə baxdıqca insan sakitləşir, hüzur tapır.
Şefşauendə həyat çox sakit və sadədir. Buranın sakinləri çox qonaqpərvərdirlər. Turistlər üçün 200-dən çox otel fəaliyyət göstərir. Demək olar ki, hər addımbaşı kafe və restoranlara rast gəlmək olar. Bura səyahət etmək üşün ən münasib vaxt payız və qış aylarıdır. Çünki yayda hava 45 dərəcə Selsiyə çatacaq qədər isti olur.
Məncə bu şəhərdə hər bir turist öz istədiyini tapa bilər. Hər kəsin qəlbinə yaxın, tərkidünya hissi yaradacaq qədər özəl şəhər. Buradakı dağlardan, yüksəkliklərdən rəsim qallereyasına bənzər gözəlliklərə, rəngarəngliyə tamaşa etmək imkanı var. Fotoqraflar bunu daha çox dəyərləndirər.
Şefşauen - xəyallarımın şəhəri. Bir gün bu gözəlliyi öz gözlərimlə görəcəm. Buna əminəm. Ən azından ona görə ki, arzuların reallaşmaq kimi bir funksiyası var. Siz də buna inanın və özünüzə güvənin. Arzulayın , xəyallar qurun, dolğun yaşayın. Çalışın çox gəzib, çox görəsiz, öyrənəsiz. Həyat, balaca şəhərdə yaranan nağıl kimi rəngarəng və maraqlıdır.

Xəyallarımın şəhəri - Şefşauen -FOTOLAR
Xəyallarımın şəhəri - Şefşauen -FOTOLAR
Xəyallarımın şəhəri - Şefşauen -FOTOLAR
Xəyallarımın şəhəri - Şefşauen -FOTOLAR
Xəyallarımın şəhəri - Şefşauen -FOTOLAR
Müəllif: Kəmalə Rüstəmzal Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ