Həyatına sui-qəsdlə son qoyan rəssam

Tarix:30-04-2015, 16:05 Baxış Sayı:416

Həyatına sui-qəsdlə son qoyan rəssam
Van Ooq incəsənət tarixi boyu bəlkə də ən ağır, çətinliklərlə dolu həyata malik olan simadır.

Hollandiyalı rəssam Van Qoq ömrü boyu ancaq bir rəsm əsərini sata bilib. Depressiyada olan rəssam ağır günlərində rəsm çəkmək üçün istifadə elədiyi boyaları yeyirmiş. Rəssam qeyri-adi həyatına intiharla son qoyub.

Rəssamın məşəqqətli həyatı haqqında məlumatı sizə təqdim edirik:
Vinsent 1853-cü il 30 mart tarixində, Hollandiyanın Breda şəhəri yaxınlığındakı Qrut-Zundert məntəqəsində anadan olub.
Haaqa, Brüssel, London, Paris kimi şəhərlərdə rəssamlıq müəssisələrində adi satıcı vəzifəsində çalışır. Rəssam 1876-cı ildə İngiltərədə müəllim işləyir. Müəyyən dövrlərdə texnologiyanı öyrənmiş, Belçikanın Borinaj şəhərində dini xadim kimi çalışıb.

1880-ci illərdən başlayaraq, təsviri incəsənətlə məşğul olmağa başlayır. Brüssel (1880-1881) və Antverpendə (1885-1886) rəssamlıq akademiyalarında təhsil alır, Haaqada dövrünün tanınmış rəssamı A.Mauvedən məsləhətlər alır. Məhz bu məsləhətlər onun gələcək iş üslubuna təsir edəcək. 1880-ci illərdə onun əsərlərində tünd rənglərə, kəskin keçidlərə, “qəmgin’’ mövzulara rast gəlinir. Bu, həmin dövrdə rəssamın həyatında yaşanan dərin psixoloji problemlərə və gərginliklərə işarədir. Məsələn, rəssamın “Kartof yeyənlər” (Ottyorlo) əsərini nümunə kimi götürmək olar. Həm mövzu, həm süjet, həm rənglər, həm də işığın işlənməsi insanda qəmgin hisslər oyadır, məyusluq təəssüratı yaradır.

1888-ci ildə Van Qoq Arla gəlir. Məhz burada, o öz uslubunu tam formalaşdırır, işləmə stilini və təsvir metodlarını bütövlüklə yekunlaşdırır. Sanki, Arlda o metod axtarışlarını və üslub seçimi mərhələsini bitirib, yeni mərhələ işlərə başlayır. Arlda yaradılan əsərlər müqayisədə müəyyən ”ziddiyyətlər” ortaya çıxarır. Əgər bir sıra əsərlərdə, günəşli hava, mavi səma, qızılı tarlalara rast gəlinirsə, digərlərində qaranlıq küçələr, gecə klublarını müşahidə etmək olar. Bir sıra əsərlərdə iş başında zəhmətkeş insanlar, digərlərində “yüngül” pul axtarışında olanlar, səfillər, fahişələr və s. ön planda olur. Bütün bunlarla bahəm maddi problemlər onu tez-tez mənəvi sarsıntılara aparır. Van Qoqun pozğun bir qadına aşiq olması və bu sevgini ona nümayiş etdirmək üçün qulağını kəsməsi onun qəmgin mənəviyyatının göstəricisidir.

Həyatının son illərində rəssamın gərgin iş rejimi, saysız maddi problemlər tez-tez stresslərə, depressiyalara, ruhi çatışmamazlıqlara gətirib çıxarırdı. Son illərini Arl, Sen-Remi və Ovür-sür-Uaz kimi ruhi xəstələr üçün xəstəxanalarda keçir ki, sonuncu xəstəxanada 1890-cı il 29 iyulda həyatını özünə sui-qəsd ilə bitirir. Ölüm ayağında, qardaşı Teo onun yanında olur və ondan bu sözləri eşidir: “La tristesse durera toujours”. Bu da Azərbaycan dilinə “Qəm daim davam edəcək” kimi tərcümə edilir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ