manera.az
manera.az

Sensasion iddia: Leonardo Da Vinçi azərbaycanlı olub

Sensasion iddia: Leonardo Da Vinçi azərbaycanlı olub
İngilis tarixçi Simon Hevitt italyan rəssam Leonardo Da Vinçinin əslən Xəzər dənizi hövzəsində yaşamış türklərdən olduğunu iddia edib.

Manera.az xəbər verir ki, ingilis tarixçinin İntibah (Renesans) dövrünün simvolu kimi qəbul edilən rəssam barədə iddiası rezonans yaradıb.

Simon Hevitt Leonardo da Vinçinin atalarının Xəzər hövzəsində (Qafqaz bölgəsində) yaşamış türklərdən ola biləcəyi iddiasını önə sürüb.

İddia Hevittin “Leonardo da Vinçi və Qiyamət” kitabında yer alıb.

“The Guardin” qəzetində yer alan xəbərdə qeyd olunub:

“XV əsrdə Milanda qızılı saçlı qadınlara nadir hallarda rast gəlinirdi, bunu hər kəs bilirdi, amma qəribə qarşılanırdı. Hevitt Leonardonun, Asiyadan Qara dəniz və Avropaya yayılan qızılı saçlı insanların – Xəzər türklərinin nəslindən gəlməsindən şübhələnir”.

Hevittin kitabı 1495-ci ildə çəkilən və Almaniyada tapılan bir karikatura əsasında hazırlanıb. Kitab sabah İngiltərədə satışa çıxarılacaq.

Əlavə edək ki, italyan rəssamın Azərbaycan kökənli olması bir neçə ilə əvvəl də gündəmə gəlmişdi. Tarixçi Robin Maksvellin “Xanım Da Vinçi” adlı əsərində Da Vinçinin soy-kökündən bəhs olunur. Kitabda rəssamın anasının Xəzər bölgəsindən olduğu iddia edilir.

Çeti Universiteitinin Antropoliji Tədqiqatlar İnstitutunun direktoru Luici Kapassonun dediyinə görə, Leonardo Da Vinçinin 52 əsərində onun 200-ə yaxın barmaq izlərinin qalıqlarını araşdırıblar. Rəssamın barmaq izlərinin 60 faizində ərəblərə, habelə Cənubi Qafqaz və ya Ön Asiyada yaşayan müsəlmanlara məxsus səciyyəvi ünsürlər aşkarlanıb.

Kanadalı alim Luis Baff Perri isə qətiyyətlə vurğulayır ki, Leonardo Da Vinçinin anası Katerina müsəlman, hətta azərbaycanlı olub:

“O vaxt Asiyadan İtaliyaya gətirilən bütün qadın kölələrə Katerina adı verilirdi. Uzun illər boyu apardığım araşdırmalar nəticəsində qəti qənaətim budur ki, Leonardo Da Vinçinin anası Katerina müsəlman olub, indiki Türkiyənin Anadolu bölgəsinə yaxın yerdə doğulub. Bir qədər dəqiq olsaq, həmin yer Azərbaycandır. Bunu dəqiqləşdirmək üçün Azərbaycana səfər də etmişdim və orada qənaətimin doğruluğuna bir daha əmin oldum”./teleqraf.com/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031