İNDİYƏ KİMİ KÜSÜLÜ-Layihə

Tarix:5-04-2018, 16:08 Baxış Sayı:477

İNDİYƏ KİMİ KÜSÜLÜ-Layihə


İstər şirin, istər isə acı olsun, xatirə insana iztirab verir.. Həm də bu xatirə bizi həyata bağlanmağa, yenidən yaşamağa sövq edir. "Xatiratım" layihəsinin qonağı şair Xanəmir Telmanoğludur. Onun oxucularla bölüşdüyü xatirəni təqdim edirik:

Qubadlı rayonunun olduqca ucqar bir kəndində böyüyürdüm.
Dəqiq yadımdadır. 5-ci sinifdə oxuyurdum. Dərslər yenicə başlamışdı. Atamla anam Qafanda yaşasalar da, mən kənddə nənəm Firəngizin yanında qalırdım. Hər gün dərsədən sonra nənəmin əmri üzərinə baltanı, sicimi və uzunqulağı götürüb meşəyə oduna getməliydim. Hər gün evə bir yük yarmaça odun gəlmliydi ki, qarşıdan gələcək qışı rahat keçirə bilək. O günlərdə “ Azərbaycan Gəncləri” qəzetinə bir yazı göndərmişdim. Yazı CİDDİ SİQNAL başlığı altında qəzetin ən yağlı yerində yayınlanmışdı. Yazıda göstərilirdi ki, kəndimizdə inəklər üçün hökümət gözəl bir tövlə tikib. Adam baxır, istəyir ki, gedib o tövlədə yaşasın. Ancaq bizim kəndin məktəbinə girmək mümkün deyil. Külək bir pəncərədən girib o birindən çıxır. Yağış, sel-su aləmi basır, sinif otaqları gölməçə içində üzür. O yazıdan sonra məktəbə əl gəzdirdilər. Kəndin palçıqlı yoluna daş döşədilər. rayonla kənd arasında avtobus işləməyə başladı. Kəndin klubuna həftədə bir dəfə hind kinoları ayaq açdı və. s. Yazının altından isə yazılmışdır ki, Qubadlı rayonu, Fərcan kənd orta məktəbinin 5-ci sinif şagirdi Nəzərov Xanəmir.
Bu yazı kənddə və rayonda çox adamların başını ağrıtdı və mənə də baha başa gəldi. Ondan sonra atamı gözümçıxdıya saldılar. Mənimlə isə kənddə və sinifdə kimsə danışmaq istəmirdi. Belə bir şaiə yaymışdılar ki, guya mən satqınam, kəndin sirrini aləmə faş eləmişəm. Bir sözlə hökümətə kənddən donos yazmışam.
Elə o günlərdə yenə dərsdən çıxıb oduna getmişdim. Kəndlə meşə arası 5-6 km olardı. Meşədən odunu yığıb eşşəyə yükləyib bir kitabı da əlimə alıb eşşəyin dalınca oxuya -oxuya gəldiyim yerdə, eşşək durdu və mən də başımı qaldırıb gördüm ki, kəndin sovet sədri Bayram müəllim önümüzü kəsib. Əvvəlcə başladı ki, nə istəsən verəcəm, de görüm, o yazını hansı müəllimin sənin adından yazıb. Dedim ki, özüm yazmışam. Təbii ki, o yaşda kimsə 5-ci sinifdə oxuyan uşağın tərəfindən elə cümlələrin qurulmasına inanmırdı. Yenə üstümə düşdü və israrla bildirdi ki, təki de , o yazını müəllimlərindən biri yazıb.... Təbii ki, bunu demiyəcəyimi yaxşı bilirdim. Ancaq məndən istədiyini ala bilməyən kənd sovetinin sədri nə etsə yaxşıdır? Yük altında dayanmış , ayağının birini götürüb o birini qoyan eşşəyin noxtasından tutub odunları bir - bir araşdırmağa başlayaraq , “ indi o meşədən kəsdiyin yaş ağaclara görə cavab verəcəksən” – deyərək, bir dənə də olsun quru yarmaçaların içində yaş odun tapa bilmədi. Sonda məcbur qalıb eşşəyin noxtasını buraxdı. Mən aralanarkən, dönüb sakitcə mənə dedi ki, çalış, həmişə belə ol.
Bu xatirə ona görə mənə əzizdir ki, sovet sədrinin (Onu da deyim ki, qonşu Zor kəndindən gəlib bizim kənddə sədr işləyən Bayram müəllimə qarşı nədənsə xoş bir münasibətim vardı. Dəqiq bilirdim ki, pis adam deyil.) o zaman ilk cəhdi pozulanda, qəfildən meşədən yığdığım odunlarla məni sınağa çəkməyi, həqətən də məni çox düşündürmüşdü. Uzun müddət bu hadisənin etkisində qalmışdım. Düşünürdüm ki, məktəbimizin qan qaraldan durumuyla bağlı yazının sorğu- sualından sovet sədri necə oldu ki, birdən ağlına odunların yaş olub olmamsını gətirdi? Sədrin bu cəhdi və manevr etmə bacarığı sonralar mənə oxuduğum kitablardan daha çox şeylər verdi.
Bu xatirəni həm də ona görə unutmuram ki, məktəbimizlə bağlı qəzetdə gedən yazımdan sonra kəndin təbliğatına inanan o qız da (gözündən əməlli-başlı düşmüşdüm) elə o gündən mənimlə danışmadı və biz düz bu günə kimi küsülüyük...

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ