Su və Duz məndən...-Layihə

Tarix:30-03-2018, 11:34 Baxış Sayı:494

Su və Duz məndən...-Layihə



İstər şirin, istər isə acı olsun, xatirə insana iztirab verir.. Həm də bu xatirə bizi həyata bağlanmağa, yenidən yaşamağa sövq edir. "Xatiratım" layihəsinin qonağı yazar Çinarə Ömraydır. Onun oxucularla bölüşdüyü xatirəni təqdim edirik:

"O vaxtı məhəllədə uşaqlarla "qonaqlıq-qonaqlıq" oynayırdıq. Deməli oyunun qaydası bundan ibarət idi. Bir karopka tapıb yerə süfrə əvəzi sərirdik. Hərə də evindən bir şey gətirirdi və o süfrəyə yığırdı, sonra yeyirdik onu.
Biz çox kasıb idik, həm də ailə üzvülərimiz çox idi. İki əmim, ailəsi, uşaqları, nənəm, babam, mən. Nənəmin diliylə desək yekə bir külfət idik.
Və mənim qonaqlığa qatmağa heçnəyim olmazdı. Uşaqlar da oynamağa israr etdikcə tez deyirdim:
- Suyla, duz məndən.
Nə vaxt o oyunun adı gəlirdi ilk mən dillənirdim:
- Suyla duz məndən.
Və heç vaxt da onların gətirdiyinə əlimi uzatmırdım ancaq su içirdim.
Bu ağrı indi də məndə qalıb. Dostlarla yemək süfrəsinə yığışanda həmişə tox oluram və ancaq su istəyirəm. Çay süfrəsində də çayı soyudub su əvəzi içirəm. Və bunu şüurlu şəkildə etmirəm.
Travmalarınızdan qurtulun!"


MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ