Hamı uçan boşqablardan danışır-Layihə

Tarix:20-02-2018, 17:23 Baxış Sayı:677

Hamı uçan boşqablardan danışır-Layihə



Manera.az-ın "Yeddilik" layihəsində yeddi suala müxtəlif cavablar verilir. Bu layihədə qısa sual və cavablar verilməklə, tanınan insanların dünyagörüşlərinə, həyata baxışlarına şahid olacağıq. Müsahibim jurnalist Vüsal Məmmədovdur.


- Niyə Yer “kürə” formasındadır?
- Həyatın yuvarlanıb gedə bilməsi üçün.


- Adam olmaq çətindi, ya insan?
- Olmaq çətindir.

- Başqa planetlərdə həyat varmı?
- Yəqin ki, var, amma hamı uçan boşqablardan danışır, hələ ki, uçan dolu qabları görən olmayıb.

- Ən böyük cinayət nədir?
- Başqasının haqqına girmək...

- Bağışlamaq yoxsa unutmaq?
- Bağışlamaq.

- Unutmadığınız söz...
- “Vəhşicəsinə”

- Özünüzə sualınız....
- Adamın özünə verdiyi bütün suallar ritorik olur. Mən isə ritorikanı sevmirəm.

Tural Cəfərli
Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ