Yaradılışın tək olmadığına hər zaman bir ümid var-Layihə

Tarix:5-02-2018, 14:48 Baxış Sayı:224

Yaradılışın tək olmadığına hər zaman bir ümid var-Layihə


Manera.az- "Yeddilik" layihəsində yeddi suala müxtəlif cavablar verilir. Bu layihədə qısa sual və cavablar verilməklə, tanınan insanların dünyagörüşlərinə, həyata baxışlarına şahid olacağıq. Müsahibim yazar Çinarə Ömraydır.

- Niyə Yer “kürə” formasındadır?
- Cazibə qüvvəsi, maddəni bir mərkəzdə toplamağa çalışır. Mərkəzə homogen yığdığı üçün də, təbii olaraq kürəyə yaxın bir forma ortaya çıxdı. Yerin kürəyə yaxın bir formada olması, cazibə qüvvəsinin olmasından qaynaqlanır.

- Adam olmaq çətindi, ya insan?
- Var olmaq çətindir. Hər bir kəs adam da ola bilər, insan da. Amma çətin olan var olduğunu isbat etməkdi.

- Başqa planetlərdə həyat varmı?
- Ümid var. Yaradılışın tək olmadığına hər zaman bir ümid var.


- Ən böyük cinayət nədir?
- - Cəmiyyətlərə, insanlar görə dəyişir. Mənə gəldikdə isə hər şeyi o qədər ciddiyə almıram.

- Bağışlamaq yoxsa unutmaq?
- Unutmaq uzağı 1 həftə bağışlamaq növbəti gülümsəməyə qədərki zaman.

- Unutmadığınız söz...
- Maaş kartımın kodu. Gecə 4-də də oyatsalar deyərəm.

- Özünüzə sualınız....
- - Mən ömrümü özümlə dialoqa həsr edən adamam. Məndə suallar bitməz.

Tural Cəfərli
Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ