Kitabı insanlara sevdirmək lazımdır...

Tarix:18-01-2018, 14:49 Baxış Sayı:237

Kitabı insanlara sevdirmək lazımdır...

Müsahibim Azərbaycan Dillər Universitetinin, Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının baş müəllimi Sədaqət Musayevadır.

- Sədaqət xanım, zəhmət olmasa öncə özünüz haqqında məlumat verərdiniz...

- Müəllim olmaq istəyim 1992-ci ildə məni bu universitetə gətirdi. Mən müəllim olaraq auditoriyaya ilk daxil olduğumda keçirdiyim o həyacanı, təlaşı heç zaman unutmaram. Müəllimlik sənətini , gəncləri və ümumiyyətlə onlarla işləməyi çox sevirəm. Mənim ağlımda müəllimin bəlli bir tərifi var. Müəllim savadlı və savadlı olduğu qədər də gayğıkeş, nəzakətli olmalı , tələbələrinə nümunəvi davranışlar sərgiləməlidir. Bir müəllim üçün bunun nə dərəcədə yaxşı bir xüsusiyyət sayıldığını bilmirəm, lakin , mən heç zaman sadəcə fənnimi tədris edib , qiymətləndirməklə kifayətlənməmişəm. Bəzən aldığı təhsilə laqeyd yanaşan tələbələr olur. Tələbələr arasında təhsilə belə biganəliyin səbəblərilə yanaşı onların maraq və qabiliyyətlərini üzə çıxarmaq hər zaman mənim maraq dairəmdə olub. Bəlkə də, bu yanaşma tərzimdən irəli gəlir ki, tələbə olduğu müddətdə sadəcə mənim dərslərimə diqqət ayırdıb hazırlaşdığnı dilə gətirən və bu gün hələdə mənimlə dostluq edən illər öncə dərs dediyim tələbələrim var. Mənə görə tələbə hər şeydən öncə bir şəxsiyyət və məhs müəllim cəmiyyətdə sağlam gələcək nəslin, savadlı, şüurlu və vətənpərvər genofondun formalaşmasında üzərinə ən böyük vəzifələr düşən təbəqədir. Hər halda düşüncələrim müəllimliyə başladığım, ilk illərdən bəri, məni, müəllimi olduğum universitetin ictimai həyatında fəal olmağa sövq edib. Universitetin içtimai həyatındakı ilk fəaliyyətim yaxşı yadımdadır. 1993-cü il yanvar hadisələrindən az müddət keçmişdi. Mən hər gün şəhidimiz Ülvi Bünyətzadənin xatirə otağına baş çəkir və doğma vətənimizin ağır günlərində bir vətən evladı olaraq mənim üzərimə nə vəzifələr düşə bilər deyə hey düşünürdüm. Nəhayət, mən universitetin o zaman tərbiyyə işləri üzrə prorektoru Ələsgər müəllimə müracət edib, düşüncələrimi bildirdim və vətənpərvərlik mövzusunda hazırlamaq istədiyim bir tədbir üçün ondan icazə aldım. Universitemizin ictimai həyatındakı fəaliyyətim belə başlandı. Lakin, mənim əsas ictimai fəaliyyətim hörmətli Ə. Əliyevin tərbiyyə işləri üzrə proretor vəzifəsinə başlamasından sonra genişləndi. Onun bu sahədəki tələbkarlığı mənim fəaliyyətimə bir növ stimol oldu və mən, buna görə ona çox minnətdaram. 1998-ci ildə mən ictimai əsaslarla “ Saglam həyat tərzi sağlam gələcəyə zəmanətdir” adlı və daha sonralar isə “ Sağlam fərdlər sağlam ailənin təməlidir” adlı layihələrimi hazırladım . Təşkil etdiyim bir tətbirdə Respublika QİÇS-lə mübarizə mərkəzinin həkimi , Dilşad Mahmudova ilə tanış oldum. “İİV/ QİÇS, Zərərli vərdişlər və onların yol açdığı digər infeksiyalar ” mövzusundakı, müxtəlif tədbirlərin təşkilində mənə göstərdikləri danılmaz kömək üçün yeri gəlmişkən ona çox sağ olun demək istəyirəm.
- Mənə elə gəlir ki,təşkilatçılıq , bir növ yaradıcılığa bənzəyir. Gəncləri maraqlandıran, yaddaşlarında qalacaq , onların fikirlərini əks etdirən və özlərinin fəal iştirak edərək qabiliyyətlərini üzə çıxara biləcəkləri, ssenari və tədbir hazırlamaq yaradıcılıq və zaman tələb edir. 2009-cu ildə hər birinin bir gənc aktyor olduğunu söyləyə biləcəyim fəal tələbələrlə öz truppamızı yaratdıq. Onlarla işlədiyim illər ictimai fəaliyyətimin ən uğurlu illəri oldu. Bir neçə universitetə dəvət aldıq və oynadığımız tamaşamız çox rəğbət qazandı. Hər birimiz İncəsənət Universiteti tərəfindən xüsusi diplomla təltif olunduq. Mən yaradıcılığı çox sevirəm . Yaradıcılığıma atama həsr etdiyim şerlə başlamışam . İlk əsərimi 1998- ci ildən hər il universitetimizdə böyuk səylə təşkil etdiyim “1 Dekabr Ümumdünya QİÇS-lə mübarizə gününə ” həsr olunmuş tədbir ərəfəsində yazmışam. Bu mövzuda yazmaq istəyim xeyli müddət idi ki, ağlımda dolaşrdı və İİV/ QİÇS haqqında məlumatlar toplayarkən təsadüfən oxuduğum QİÇS qurbanı olan bir amerikalı uşağın əzmkar və faciəli həyat hekayesi mənim bu istəyimə motiv oldu. Hazırda müxtəlif mövzularda yazdığım 100- dən çox şeir, doğma yurdumuzun əsrarəngiz guşəsi olan Laçının işğalına həsr etdiyim Ölümsüz insanlar, sağlam həyat tərzini təbliğ edən Taleyin oyunu , İtirilmiş həyatlar, İradənin gücü , Uçurumun kənarında adlı əsər və bir neçə səhnəcik müəlifiyəm. İnsanın öz cəmiyyəi naminə etmək istədiklərini, öz ideyalarını həyata keçirə bilməsi məncə böyük xoşbəxtlikdir. Mənə verilən fürsətdən istifadə edərək gənclərin formalaşasına öz töhfəsini vermək istəyən bir kolletv üzvi kimi təhsillə yanaşı, müəllim və gənclərin birgə ictimai fəaliyyətinə yaratdıqları imkanlar üçün universitet rəhbərliyinə öz minnətdarlığımı bildirirəm.
- Çox zaman yeni dərsə başladığım qruplarda tələbələr məni artıq müxtəlif tədbirlərdən , tamaşalardan tanıdıqlarından söz açırlar. Elbəttə, bu tələbələrin sağlam həyat tərzi mövzusunda maarifəndirilməsindəki səylərimin heçdə hədər getmədiyindən xəbər verir və məni daha da ruhlandırır. Hər il olduğu kimi, bu ildə “ 1 Dekabr Ümumdünya QİÇS-lə mübarizə gününə” həsr edilmiş tədbirin təşkilatçısı olaraq böyuk səy göstərdim. Məlum olduğu kimi hər il Dekabrın 1-i bütün dünyada QİÇS-lə mübarizə günü kimi qeyd edilir. İİV-infeksiyası, QİÇS pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemlərindən biridir. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə , hər 10 dəqiqədə bir adam QİÇS-ə yoluxur. İnfeksiyanın yoluxma yollarına nəzər salsaq QİÇS-in profilaktikası üçün maarifləndirici tədbirlərin nə dərəcədə əhəmiyyətli olduğunu söyləyə bilərik. 1 Dekabr məhs bu baxımdan son dərəcə əhəmiyyətlidir. Təsis olunduğu gündən keçən 30 ilə yaxın bir müddətdə hər il qeyd edilən ” 1 Dekabr Ümumdünya QİÇS-lə mübarizə günü ” bütün bəşəriyyətin diqqətini bu yönə yonəldir və müxtəlif xarakterli tədbirlərlə ictimaət maarifləndirilir. Hər il universitetimizdə də müxtəlif əlaqədar dövlət təşkilatlarından əməkdaşların iştırak etdiyi “ 1 Dekabr Ümumdünya QİÇS-lə mübarizə gününə” həsr edilmiş tədbirin keçirilməsi bir növ ənənəyə çevrilib. Mən hər növbəti tədbirin tələbələrin yaddaşında qalan və maraqlı keçməsi üçün böyük səy göstərirəm . Əlbəttə bu o qədər də asan olmur, xüsusilə ,tamaşalara hazırlıq məşqləri zamanı hətta ağladığım anlar da çox olur. Tələbələrlə birgə uzun sürən hazırlıq məşqlərimiz çətin olduğu qədər çox maraqlı keçir və adətən , tələbələr bunun ən maraqlı anlar kimi həyatlarına həkk olunduğunu bildirirlər . Hər dəfə yeni isdadlar kəş edirəm . Zəfərin qiyməti çəkilən əziyətdəndir deyiblər və tədbir bitdiyində aldığımız alqışlar bizə uğurdan xəbər verir. Bu ilki tədbirimizdə hər il olduğu kimi Ombudsman aparatı, Narkomaniya və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi , Səhiyyə Hazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika QİÇS- lə mübarizə mərkəzi və Pozitiv Psixologiya mərkəzinin əməkdaşları iştirak edirdilər . Mən ADU-nun adını böyük şərəf hissi ilə daşıdığım bir müəllimi olaraq illərlə təmsil etdiyim bu fəaliyyətimlə universitetimizi müxtəlif əlaqədar dövlət təşkilatları tərəfindən , onların sözü ilə diger universitetlərə nümunə olaraq tanıtmış olmaqdan böyük qürur hissi keçirirəm. Mən bir daha bu əhəmiyyətli missyanı yerinə yetirməkdə mənə verdikləri imkan və yaratdıqları hər cür şərait üçün universitet rəhbərləyinə minnətdarlığımı bildirəm.


- Hegel həyatı müxtəlif çətinliklər və xoş hadisələrin qarışığı hesab ediridi. Siz həyatı necə təsvir edirsiniz?

- Əslində bu barədə fikirlərim çox bənzərdir. Mən də belə düşünürəm ki, həyat çətinliklərin və uğurların vəhdətindən ibarətdir. Bəzən elə dövrlər olur ki, insan bir anda çətinliklər içərisində qalır və hətta ümidini itirəcək vəziyyətə gəlib çatır. Lakin şəxsi təcrübəmə əsasən deyə bilərəm ki, belə anlarda gərək ümidini itirməyib mübarizəyə davam edəsən, çünki bu olmadan çətinlikləri geridə qoymaq mümkün deyil. Mən bəzən həyatı bir insanın qət etmək məcburiyyətində olduğu bir yol kimi de təsəvvür edirəm. Bu yolda her insanın özüməxsus izləri var və əsl həyat bu dünyadan köçdükdən sonra yaxşı xatırlanacağın şəkildə izlər qoyub getməkdir.

- Məqsəd və vəzifə anlayışı sizin üçün nə deməkdir?
Fikrimcə hər bir insanın məqsədinin olması onun həyatında həlledici rol oynayır. Mən məqsədiz insanı saplağından qopmuş bir yaprağa bənzədirəm. Belə ki, o asanlıqla küləyin axınına qapılıb uzaqlara gedə bilər. Məqsəd bir növ qaranlıqda addımlayan insanın sonda çatması tələb olunan işıq kimidir.Məqsəd insanı motivasiya edir və qarşısına çıxacaq çətinlikləri aşmasında ona köməkçi olur. Vəzifə isə çox geniş anlayışdır. Vəzifədən bəhs edərkən məncə. ilk növbədə insanın həyatdakı vəzifəsi ilə bağlı fikir yürütmək lazımdır. İnsanın ilk vəzifəsi cəmiyyətə və ətrafındalara, yaşadığı dünyaya cüzi də olsa fayda verməkdir. O ki, qaldı vəzifə anlayışının daha dar mənasındakı anlayışına olan münasibətimə məncə insanın qeydsiz və şərtsiz olaraq yüksək vəzifəyə çatmaq arzusu heç də düzgün deyil. Lakin insanın sevdiyi sahədə hansısa vəzifəyə layiq görülməsində mənfi heç nə görmürəm. General arzusu olmayan yaxşı əskər də ola bilməz kimi bir missal var. Məsələn, bir gün əməkdar müəllim olmağı çox istərdim.
- Unuda bilmədiyiniz hadisə və ya anlar nələrdi?
Hər kəsin acı və ya xoş xatirələri vardır. Gənc yaşımda atamı itirdiyim gün həyatın acı reallıqları ilə tanış oldum. Bölüşə biləcəyim ən xoş anlarım isə müəllimlik fəaliyyətinə başlamağım və oğlumu televiziya aparıcısı kimi ilk dəfə televiziya efirində görməyimdir.
- Oxuma vərdişi necə formalaşmalıdr?
Baxmayaraq ki, biz informasiya bolluğu olan müasir texnologiyalar əsrində yaşayırıq və hər an hansısa yeniliklər baş verir. Bu insanlara davamlı olaraq müxtəlif mənbələrdən informasiya əldə etmək imkanı yaradır. Lakin bütün yuxarıda sadaladıqlarıma baxmayaraq mənim fikrimcə oxumaq hələ də, informasiya əldə etməyin başlıca və ən əhəmiyyətli yolu olaraq qalır. Ona görə ki, yalnız oxumaq insan təfükkürünün yetkinləşməsinə və analiz qabiliyyətinin formalaşmasına bu qədər yardım edə bilər. Oxuma vərdişini sevmək üçün ilk növbədə bunu anlamaq lazımdır. Oxuma vərdişini möhkəmləndirməyin ən başlıca yolu kitab oxumağa ən sevdiyin sahədən başlamaqdır. Məsələn kim isə tarix kim isə sevgi barədə kitabları sevir. Müəyyən qədər mütaliəyə başladıqdan sonra məncə insanın oxuma spektrındə olan kitablarin sahəsi dayanmadan genişlənəcəkdir.
- Kitab təbliğatı üçün hansı mexanizm yararlıdr?
Kitabı təbliğı üçün ilk növbədə kitabı insanlara sevdirmək lazımdır. Daha əsası isə kitabın qiyməti insanların cibinə uyğun olmalıdır. Təəsüf ki. hazırda kitabların qiyməti xeyli yüksəkdir. Doğrudur, elektron kitablar kifayət qədər ucuzdur lakin hər insan elektron kitaba uyğunlaşa bilmir. Bununla bərabər, bukinistlərdən münasib qiymətə kitab əldə etmək olar.
- Dünya ədəbiyyatından kimləri oxuyursunuz?
Oskar Uayld, Erik Mariya Remark, Frensis Skot Fitscerald kimi müəlliflərin bir neçə kitabını oxumuşam. Həqitətən insanı həyat həyat və özü barədə düşündürən əsərlərdir və hamıya məsləhət görürəm.
- İnsanlara kömək etmək gözəl işdi. Onların sağlığının keşiyində durmaq ələxsusu. İşiniz sizi həyata necə bağlayır?
İnsan həyatına müdaxilə etmək olduqca məsuliyyətli bir işdir. Mən təcili yardımda keçirdiyim qısa həkimlik təcrübə əsasən onu deyə bilərəm ki, yardım etdiyin insanın minnətdarlığını görmək insana öz ağrı acısını unutduracaq qədər məmnuniyyət verir, kiminsə həyatını xilas etmək isə sözlərlə əks oluna bilməyəcək qədər ülvi bir duyğudur. Mən şok halında olan bir qadının həyatını xilas etdiyimdə bu hissləri keçirmişdim.
- Hər hansı bir çətinliklə qarşılaşdıqda ilk öncə kimdən və nədən kömək istəyirsiniz?
Əvvəla, düşdüyüm çətin vəziyyəti analiz etmək üçün bir müddət tək qalmağa və səssizliyə ehtiyacım olur. Bəzən oğlumla danışıram. Onunla çətinliklərimi bölüşmək mənə yüngüllük gətirir. Lakin özümə güvəni heç vaxt itirmirəm. Bilirəm ki, öz qüvvəmlə və Allahın köməyi ilə bütün çətinlikləri geridə qoymaq olar.
- Gənclərin pis vərdişlərdən uzaq durması üçün hansı metodlardan və ya bilgilərdən yararlanmağı məsləhət görürsünüz?
Maarifləndirmə və təbliğat üçün çeşidli metodlardan istifadə etməyin tələb olunduğu fikrindəyəm. Gənclərin həmrəy olduqları yaşıdlarıyla dərsdən kənar vaxtlarını keçirə biləcəkləri dərnək və klublar yaratmaq lazımdır. Bundan başqa
müətmadi olaraq tamaşaçılar, ekspertlərin dəvət olunduğu dairəvi masalar, diskusiyalar, viktorinalar təşkil olunmalıdır. İki il əvvəl təşkil etdiyim bir viktorinaya hazırlaşmaq üçün tələbələrin göstərdiyi səylərin şahidi oldum. Onların bu zaman əldə etdikləri biliklərin onların yaddaşında hələ uzun müddət qalacağı fikrindəyəm. Biz gənclərimizə zərərli vərdişlərin insan sağlamlığına əksər neqativ təsirlərini və gələcəkdə yaratmış ola biləcəyi sosial problemləri düzgün izah etməklə etməklə yanaşı, zərərli vərdişlər və onların yol açdığl müxtəlif infeksion xəstəliklərdən qorunma yolları kimi bilgiləri təbliğ etməliyik. Bu gün bəlkə düşdüyü çətinlik və yaxud həzz naminə zərərli vərdişlərə üz tutan gənc çox tezliklə malik olduğu dəyərləri ondan qoparacaq bir yola başladığını bilməlidir. Mən söhbətimin bu məqamında fürsətdən istifadə edərək onu söyləmək istəyirəm ki, bizlər bu təbliğata çox etkən yaşlardan,həyatı, insanları, ananı, vətəni, sevməyi öyrətməklə başlamalıyıq. Çünki, sevgidən yoxsul olan insan üçün itirmək qorxusu yoxdur.
- Uğurun formulu nədir sizin üçün?
Universitet dövründə oxuduğum kitablardan birində uğurun formuluna aid çox gözəl fikirlər yazılmışdı. Təəsüf ki, kitabın adı yadıma gəlmir amma fikirləri sizinlə bölüşmək istərdim. Uğurun formulu üç elementdən ibarətdir; təcrübə, intizam, sistem. İnanıram ki, insan hər hansı məqsədi əldə etmək üçün ilk növbədə intizamlı olmalıdır. Növbəti addım isə sistemli çalışmaqdır. Yaxşı təşkil olunmamış fəaliyyət bəlkə də, çox zəhmət tələb edir lakin nəticəsi istənilən kimi olmur. Təcrübə isə bu üçlüyün ayrılmaz hissəsidir. Ona görə ki, müəyyən bir yola çıxarkən istər istəməz səhv buraxırsan. Bu qaçınılmazdır. Necə deyərlər, təcrübə insanın buraxdığı səhvlərin məcmusudur.

Söhbətləşdi: Tural Cəfərli
Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ