Cavid Osmanov: "Artıq ölə bilərəm"- MÜSAHİBƏ

Tarix:19-10-2017, 12:42 Baxış Sayı:793

Cavid Osmanov: "Artıq ölə bilərəm"- MÜSAHİBƏ


"Ordan-Burdan" layihəsində tanınmış radio aparıcısı, yazar Cavid Osmanovla söhbət edirik.

- Sizin üçün kitab mütaliəsi planlamaya daxildir? Kitab oxumaq üçün zaman bölgüsü aparırsız?

- Xüsusi vaxt ayırmıram. Gündəlik həyat tərzim özü buna şərait yaradır. Mənim Smartfonumda kitabxana proqramı yazılıb. Mən metrodan istifadə edərkən həmişə telefonumdan kitab oxuyuram. Seçim həmişə var. Sən sosial şəbəkələrə də daxil ola bilərsən, eyni zamanda kitab da oxuya bilərsən.

- Elektron kitablarla müqayisələr aparılır. E-kitabın üstünlüyünü qeyd edənlərlə yanaşı, heç nəyin bir kitab qoxusunu əvəz etməyəcəyinə inananlar da var. Siz nə düşünürsüz?

- Tarix boyunca bu cür fikirlər var, “köhnə təzədən daha yaxşıdır”. Bu, normaldı. Bu, psixoloji amildir. İnsan nəyə vərdiş edirsə artıq yeni icadla onun başını qatmaq çətinləşir. Misal kimi, Yaponiyada, Universitetlərin birində riyaziyyat fakultəsində tələbələr etiraz əlaməti olaraq dərslərə bir müdət gəlmədilər. Səbəb isə hamının ala biləcəyi kalkulyatorların satışına start verilməsi idi. Əlbəttə, xüsusi romantizmə qapılmış insanlar kitabı onun elektron "qardaşından" daha üstün tutacaq. Müasir həyatrımızda kitabın praktiki istifadəsi çətinləşir. E- kitab həyatımıza daha uyğundur. Amma, misal kimi, kənd yerində, tələsmədən həftə sonu keçirsəm, mütləq adi kitaba üstünlük verəcəm.

- Mütaliədə ilk pillədə bilgiyə olan tələbat dayanır, yoxsa sadədə maariflənmək istəyi?

- Məndə bu suala konkret cavab yoxdu. İnsan elə bir varlıqdır ki, daim bilmədiyini öyrənməyə çalışır. Yadıma gəlir ki, ortaq dostlardan kimsə sosial şəbəkələrin birində məqalə paylaşmışdı. Məqalə “bu kitabları oxumadan ölə bilməzsiz” adlanırdı. Məqaləni oxudum, qənaətə gəldim ki, artıq ölə bilərəm. 15 kitab adı çəkilmişdi, hamısını oxumuşam. İnsanlar ümumiyyətlə niyə kitab oxuyur? Kitab səyahət etmək üçün ən ucuz vasitədir.

- Bəzən deyirlər ki, kitab oxumaq kitab yazmaqdan çətindir. Siz necə düşünürsüz?

- Bu, çox şəxsi bir şeydi. İkisi də çətindi. Təsəvvür edin, kimsə heç nədən yeni dünya yaratmağa çalışır. Evlərlə, küçələrlə, prospektlərlə, təbiətlə, sevgi ilə, nifrətlə, xəyanətlər, müharibələrlə, haqsızlıqla və xoşbəxtliklə. Bu dünyanın yeni qanunları və yeni insanları ola bilər. Və təsəvvür edin ki, siz tamami ilə tanımadığınız, hüquqi və fiziki qanunlarını bilmədiyiniz yeni bir dünaya düşürsüz. Amma ordan nəinki salamat, nəticə əldə etməklə çıxmalısız. Yəni, bənzətmə belədir.

- Kitabı göstəriş və dəbdəbə üçün oxuyan gənclərə qıcıq olursuz?

- Əfsanəyə görə yunan adalarının birində çox varlı bir çar yaşayırdı. Onun var dövləti haqqında rəvayətlər gəzirdi. Bu xəbər parslara qədər gəlib çıxır. Varlı pars taciri həmin çarın yanına 10-dan çox gəmi ilə gəlir. Çarla görüşür və deyir ki, mənim var dövlətim səninkindən daha çoxdu. Çar deyir, elədirsə gəl yarışaq. Kim bu adada daha çox və keyfiyyətli ev tiksə, o da qalib gələcək. Tacir razılaşır. Evlər tikilir, bəlli olur ki, tacir çardan daha çox ev tikdirib. Tacir çarı yerli xalq qarşısında məğlub elan etməsinə baxmayaraq caamat öz çarlarını dəstəkləyir. Tacir təcüb edir. Çar ona cavab verir ki, sən məni məğlub etdin, amma mənim xalqım üçün evlər tikdin və hamısı da burda qalacaq. Kimdir əsl uduzmuş?
İndi siz təsəvvür edin ki, kimsə dəb xatirinə oxuyur. Amma istər-istəməz onun oxuduğu beynində qalır. Kimdi burda uduzmuş?

- Niyə bəzi adamlar "hamı kitab oxumalıdır" dediyi halda, özləri kitab oxumur?

- Siz çox nahaq kütləyə inanırsız! Mən çoxdandır ki, kütləyə inanmıram. Mən yalnız şəxsiyyətə inanıram! Kütlədə heç kim cavabdehlik daşımır. Kütlə deyir “mən deyəni elə”, şəxsiyyət isə “mən edəni et” deyir. Bu da fərq!

- Siz özünüz haqqında "maraqlı persona deyiləm"dediniz. Buna səbəb nədir?

- Mən adi vətəndaşın adi vətəndaş həyatını yaşayıram. Bu qədər.

- Elm dünyasında baş verən yeniliklər sizə nə qədər cəlbedici gəlir?

- Gərək dəqiqləşdirək. Praktiki texnologiyalar var və prespektivli texnologiyalar var. Birincisi və ikincisi çox maraqlıdır. Amma dediyim kimi, mən adi insanam. Əksər adi insanlar kimi mənə mənim başa düşəcəyim dildə danışan elm lazımdır. Yəni, praktiki texnologiyalar.

- Psixoloji motivasiya kitablarının bir insanın həyat yolunu formalaşdıra biləcəyinə inanırsız?

- Mən “Plasebo Effektinə” inanıram. “Plasebo effekti” isə, psixoloji təsir nəticəsində fizioloji dəyişmənin müsbət müalicəvi effekti deməkdi. Yəni, həkim ağır xəstəyə deyir ki, bu dərman, uzun illərdən sonra sənin üçün tapılıb, yalnız o dərman səni xilas edəcək və sən yenə də adi həyata qayıdacaqsan. Dözülməz ağrıdan əziyyət çəkən pasiyent dərmanı içir və ağrı onu buraxır, xəstəlik tamami ilə təslim olur. Sən demə həkimin verdiyi dərman sadəcə olaraq aspirinimiş.
Adam özünü çox şeyə inandıra bilər. Kitablara həmçinin.

- Kitab yazmaq ruhi tələbatdırmı?


- Bəli. Artıq qəbul etmək lazımdır ki əksər insanlar eqoistdilər, bəziləri isə eqosentrizmdən əziyyət çəkir! Kitab yazan adam üçün ilk növbədə özünə lazımdı həmin kitabı yazmaq. Öz rahatlığın üçün! Öz tələbatını ödəmək üçün. Mən başqa cür də cavab verə bilərdim. Amma onda bu populizmdən başqa bir şey olmayacaqdı.

Tural İsmayılov
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ