"İnsanlar mütləq məni izləməlidirlər" kimi bir fikir yoxdu- MÜSAHİBƏ

Tarix:22-09-2017, 12:59 Baxış Sayı:371

"İnsanlar mütləq məni izləməlidirlər"  kimi bir fikir yoxdu- MÜSAHİBƏ


"TeleMan"da müsahibimiz Yusif Qocadır.

"Aparıcı ilk növbədə bu sahədə təsadüfi adam olmamalıdır".

- Televiziyaya maraq nə zamandan formalaşdı?

- Evimizdə televizor görəndən bu əşyaya marağım yaranıb, daha sonra onda gördüklərimi sevdim və bu sevgi məndə teviziyaya maraq yaratdı.(Gülür)

- Televiziyaçılığın sənə qazandırdıqları nələr oldu?

- Televiziyanın bir hissəsi olmaq mənə həm maddi, həm də mənəvi dəstəkdir. Televiziya mənə uşaqlıqdan arzusunda olduğum - kütlə üçün danışmaq, çıxış etmək, həmyaşıdlarımdan fərqlənmək, doğmalarımın, qohumlarımın, dost-tanışlarımın fəxrinə çevrilməyimi və müəyyən tamaşaçı sevgisi, yaxşı dostlar qazandırıb.

- Teleaparıcılığın xüsusi qaydalrı var səncə?

- Televiziya marağım yaranan gündən o qaydaları axtarmışam. Konkret bir şey tapa bilməmişəm. Düşünürəm ki, istedadı, səbri, əməksevərliyi bir qədər də fakturası olanlar uğur qazanırlar bu sahədə. Bir az da şans olsun.

- Aparıcı üçün önəmli keyfiyyətlər nələrdir?

- Aparıcı ilk növbədə bu sahədə təsadüfi adam olmamalıdır. Peşəsini sevməlidir və öz yolu olmalıdır. Bu yolda isə, mütaliə, dünyada və ölkədə baş verənlərdən xəbərdar olmaq, peşəkarlardan öyrənmək, kreativlik və iraddan nəticə çıxarmaq vacibdir.

- Özünü izləyərkən tənqid etməyi bacarırsanmı?

- Düşünürəm ki, özümdəkiləri məndən yaxşı heç kəs görə bilməz. Qaldı ki, gözümdən qaçan məqamlara, güvəndiyim, inandığım, iradlarından nəticə çıxardığım insanlar var.

"İnsanlar mütləq məni izləməlidirlər"  kimi bir fikir yoxdu- MÜSAHİBƏ


- Teatrla əməkdaşlığın necə başladı bəs?

- İxtisasca teatr və kino aktyoruyam. Əməkdar artist Gülşad Baxşıyeva, xalq artisti Afaq Bəşirqızı, dosent Nadir Hüseynovdan dərs almışam. İlk gördüyüm teatr Qazax Dövlət Dram Teatrı olub, ilk çalışdığım da...Teatrın havası ruhumu qidalandırır.

- Teatr və televiziya... Tandemi necə yaradırsan maraqlıır?

- Demək olar ki, televiziya və teatrda işə eyni ildə başlamışam...Hər iki işimə sevgim sonsuzdur. Söhbət hazırda aktyoru olduğum QDDT və ARB 24-dən gedir... Hər iki qurumun çox yaxşı dostluq əlaqəsi var. Mən bu dostluqda "körpü"yəm. Mənim bu tandemi qorumağımda isə televiziyamızın baş direktoru Nadir Şəfiyev və teatrmızın direktoru Saqif İskəndərovun çox böyük rolu var. Onların dəstəyil ilə təxminən 6 ildir ki, bu tandem qorunur.

- İnsanlar niyə səni izləməlidirlər?

- "İnsanlar mütləq məni izləməlidirlər" kimi bir fikir yoxdu. Pult tamaşaçının əlindədir, seçim azaddır və seçimi var.Hər kəs özünə uyģun olana baxacaq. Necə ki, bunu mən, sən edirik. Amma düşünürəm ki, bizim tamaşaçımız şounu, qalmaqalı, dezinformasiyanı, pafosu, mübahisəni sevməyənlərdi.Çox və ya azdı, bunu deyə bilməyəcəm. O ki qaldı mənə, missiyam xəbəri dəqiq, olduğu kimi, operativ və səmimi çatdırmaqdır.

- Kitab mütaliə edirsənmi? Mütaliədə nələrə diqqət edirsən?

- Mütaliəni sevirəm! Ən sevdiyim hal oxuduğum kitabları bölüşməkdir.Bunu zaman-zama edirəm. Hətta kitab oxumağı sevməyən birinə kitab hədiyyə edəcək qədər xeyirxaham.

- Özün nələrsə yazmağı düşünürsənmi?

- İndi internet erasıdır, sosial media daha öndədir.İnsanlar yazacaqlarını burda yazıb, ictimailəşdirirlər. Əvvəllər mən də nələrsə yazırdım, son zaman yazılanları oxuyur, super təsir edənləri paylaşmaqla kifayətlənirəm.

Tural İsmayılov
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ