"Yorma, yorma, yenə də yorma"- Layihə

Tarix:25-08-2017, 18:11 Baxış Sayı:194

"Yorma, yorma, yenə də yorma"- Layihə


"Ordan-Burdan" layihəsində suallara ARB TV-nin strateji inkişaf, marketinq və media direktoru İsmayıl Həsənov cavab verir.


- Oxumaq, oxumaq, yenə də oxumaq? Yoxsa başqa alternativlərin var?

- Oxumaq, amma alınmırsa özünü və başqalarını yorma, yorma, yenə də yorma.

- Həqiqətən dünyanı gözəllik xilas edəcək?

- Xeyr, dünyanı mərhəmət xilas edir.

- Etika nədir?

- Etika mədəniyyətin bütün normalarını ehtiva edir.

- Bizi birləşdirən dəyərlər nələrdir? Elə bir dəyərlər toplusu varmı ki, həqiqətən insanları bir araya gətirsin?


- Bütün insanları vahid dəyər birləşdirir, o da ki, Yer kürəsində yaşamaq.

- Dürüstlük nədir?

- Dürüstlük , təkcə yalan danışmamaq deyil, həm də yalan düşünməməkdir.

- Yaxşı insan və pis insan kateqoriyasını qəbul edirsən?

- Ümumilikdə yaxşı, ya pis insan yoxdur, yaxşı və ya pis hərəkət, hərəkətsizlik var.

- Dostlardan nələr istəyirsən?

- O ada layiq olmağı.

- Neçə yaşında ölmək istərdin?

- 71.

- Həyata deyəcəyin bir kəlmə söz.

- Sevin!

Tural İsmayılov
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ