"Seçim azaddır, nədən və necə istəyirsən yaz"- Faiq Balabəyli ilə söhbət

Tarix:8-08-2017, 12:19 Baxış Sayı:82

"Seçim azaddır, nədən və necə istəyirsən yaz"- Faiq Balabəyli ilə söhbət


Söz İlahi işarədir. Sözün gücü var. Bir də söz sahibləri var. O söz sahibləri ki, sözün dəyərini bilir, onun üzərində zərgər dəqiqliyi ilə işləyir. Belə söz adamlarını tanımaq, onlarla ünsiyyət qurmaq bizim “söz” haqqında anlayışımıza yeni bir məna gətirir. “Söz adamı” layihəsinin növbəti qonağı şair Faiq Balabəylidir.

- Qorkinin belə bir fikri var: “Biz həmişə adamlardan şikayətlənirik. Biz də adamıq. Demək bizdən də şikayətlənə bilərlər…” Son zamanlar ədəbi mühitdə şikayətlər çoxalıb. Buna münasibətiniz necədi?

- Harada şikayət varsa, demək orda etiraz edənlər var. Etiraz edilirsə, demək kim isə haqqın bərqərar olması üçün çalışır və sözssüz ki, bu inkişafdan xəbər verir. Düzdür, ola bilər ki, hər hansı şikayət, etiraz haqlı olmasın, amma bu, həm də o deməkdir ki, hər bir şikayətçi öz həqiqətinin ardınca düşüb. Ədəbi mühütdə də eləcə… Amma , bunu da deyim ki, bəzən bu şikayətləri dinlədikdə şikayətçinin heç də haqlı olması qənaətinə gəlmirsən. Əgər söhbət hər hansı bir əsərin zəif, yaxud oxucunun zövqündən aşağı olmasından gedirsə, bu düzgün deyil. Hər kəs bacardığını edib. Sən də bacardığını seç, tap, oxu, daha hansısa müəllifi topa tutmaq, şikayət etmək düz olmaz.

- İstedad və zəhmət. Bu iki anlayış haqda nə düşünürsüz?

- Hər ikisi şərtdir. İstaedad mütləq lazımdır və deyim ki istedadsız adam yoxdur, hər kəs bir sahədə mütəxəssi kimi istedadını sərgiləyə bilər. Sözssüz ki, zəhmət lazımdır, zəhmət olmasa o istedad görünə bilməz. Necə ki, sızqa bulağın gözünü açmaqla daha çox axına sahiblənmək olar.


- Sovet dövrü ədəbiyyatı ilə müasir dövr ədəbiyyatı arasında oxşar və fəqrqli cəhətləri nədə görürsünüz?

- Bütün hallarda oxşar cəhətlər daha çoxdur. Yazmaq, oxunmaq, tanınmaq istəyi və sair. Sadəcə istək. Tale baxt məsələsində isə Sovet yazıçısı daha xoşbəxt görünürdü. Yazdıqları yüksək səviyyədə tirajlanır, yazıçı maddi cəhətdən təmin olunurdu və sair. Digər tərəfdən isə müasir dövr yazıçılarını sovet yazıçısından fərqləndirən cəhətlərdən biri də odur ki, indi daha sərbəst və azaddırlar. Dövlət heç bir yazarı özünün əsiri etməyib ki, onun siyasi kursuna dəstək olsun. Seçim azaddır, nədən və necə istəyirsən yaz. Nə olsun ki oxucu qıtlığı bar, yazıçı qıtlığı hiss olunmur, sözssüz kəmiyyət tərəfindən deyirəm.

- Yaşamaq üçün yazmaq, ya yazmaq üçün yaşamaq?

- Mən yazmasam da yaşayaram, amma sözssüz k,i yaşamasam yaza bilmərəm. Amma gərək elə yazasan ki, yaşamadığın vaxtlarda əsərlərin səni yaşada bilsin

- Allah haqında düşüncələriniz…

- Mən Allahı sevirəm, güvənirəm. O da məni izləyir və gözləyir. O qədər burulğanlardan keçmişəm ki, sınmamışam…

- Ölüm haqqında düşüncələriniz…

- Cəfər Cabbarlı deyib: Ölmək, bu geniş körpüdən hər kəs keçəcəkdir, bir badə ki ondan hər kəs içəcəkdir”. Bir iki işim qalıb, onlar tamalansa bu gün Əzrayıldan gizlənmərəm heç. Amma yenə də Allahın bildiyi məsləhətdir.

- Dünya ədəbiyyatından hansı imzaları oxumağı məsləhət bilirsiniz?

- Şəxsən mən kim maraqlı görünübsə, onu da oxumuşam, elə əsərlər var ki ,əsər olaraq yaddaşımda qalıb, müəllif olaraq unutmuşam.

- Müasir dövr ədəbi imzalardan kimləri oxuyursuz?

- Oğlumu oxuyuram. Bir də əsasən tanıdıqlarımı, imzalarını bəyəndiyimi, sevdiyim yazarları.

- Son olaraq söz haqqında sözünüz…


- Söz var, olub, olacaq, varlığımızı, olmamızı sübutlayacaq. Söz dedikdə, olmasa bir-birimizi çox pis anlarıq. Lap söyüş də olsa, gərəkdir söz.. və sair. Yaşasın sözə söz qoşanlar.(Gülür)

Tural Cəfərli
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ