Bizdə mətnlər deyil, şəxslər tənqid olunur...- Müsahibə

Tarix:17-07-2017, 17:30 Baxış Sayı:595


Bizdə mətnlər deyil, şəxslər tənqid olunur...- Müsahibə
Söz İlahi işarədir. Sözün gücü var. Bir də söz sahibləri var. O söz sahibləri ki, sözün dəyərini bilir, onun üzərində zərgər dəqiqliyi ilə işləyir. Belə söz adamlarını tanımaq, onlarla ünsiyyət qurmaq bizim “söz” haqqında anlayışımıza yeni bir məna gətirir. “Söz adamı” layihəsinin növbəti qonağı şair Fuad Cəfərlidir.

Həyat haqqında müxtəlif fikirlər var. Bir söz adamı kimi həyat haqqında düşüncələriniz…

Belə bir fikir var: silgisiz yazıya həyat deyilir. Hə pozusu olmayan yazı haqqında ilk kitabımın son səhifəsində bəhs eləmişdim. Təxmini beləydi o fikirlər "Yaxşı ki həyat dayanacaqlarım arasında musiqi adlı dayanacaq olmayıb. Çünki mən musiqini dəlicəsinə sevirəm. Əgər belə bir dayanacaq olsaydı, mənim dəli olamağım qaçılmaz idi. Həyat mənə görə ilk gündən son günə kimi bir nəğmədi. Əlbət bu nəğmədə xoşumuza gələn notlarda olacaq gəlməyən notlar da...

Çağdaş poeziyamızda kifayət qədər gənc şairlər var. Bu imzalar içərisində siz də varsınız. Özünüzün şeirə, sözə olan münasibətinizi nə vaxt müəyyən etdiniz? Bu hər hansı bir hadisə ilə əlaqəlidirmi?

Bilmirəm. Açığı mən zabit ailəsində böyümüşəm. Buna baxmayaraq bizim evdən ədəbiyyat söhbətlərini valideyinlərim əskik etməyib. Bunlar təkan verdi. Hərdən atama deyir fılan yazıçın oğlu , fılan şairin oğlu zabitdi məndə bir zabit oğlu kimi ürəyimdə qanuna uyğunluq var deyirəm .


Düşünən insanın kənardan görünüşü bir qədər çaşqınlıq yaradır. Ədəbi mühitdə düşünən imzalar içərisində kimləri qeyd edə bilərsiniz?

Bəli hal əhli olmayana çaşqınlıq yaradır. Ədəbiyyatlarını sevdiklərim var. Tural Turan, Emil Rasimoğlu, İntiqam Yaşar, Qabil Ədalət, Fəridə Məmmədova (uğur), Rəbiqə Nazimqızı, Günel Şamilqızı, Fərid Hüseyn, Qismət Rüstəmov, Xanım Aydın, Gülnar Səma, Ulucay Akif, Səmayə Bayramova və s.

İstedad önəmlidir. Zəhmət ondan da önəmlidir. Bu iki anlayışın ortaq məxrəci kimi hansı anlayışı istifadə etmək olar?

Deyirlər təşbehdə qüsur olmur.
Səbr bütünü sahələrdə ən uğurlu gedişdi.


Ədəbi tənqidin bu günki durumu size qane edirmi?


Yox. Ol səbəbdən ki, mətnlər deyil şəxslər tənqid olunur!

Özünü bitmiş, tükənmiş, daha yaza bilməyən yenicə nəsə deməyə, yazmağa çalışan gənc şairlərə münasibətiniz…

Güzgüyə baxmasınlar yoxsa ürəklərini yalnış yerdə axtaracaqlar.

Dünya ədəbiyyatından kimləri oxumaqdan zövq alırsınız?

Migel de Servantes , Viktor Hüqo, Markes , Səlim Babullaoğlu, Nazim Hikmət .

Ben bir ceviz ağacıyım Gülhaniyə parkında
Ne sen farkındasın ne polis farkında...

Niyə bizim ədəbiyyatımızın nobel mükafatçısı yoxdur?

Çünki biz hələ özümüzü yaza bilməmişik....


Ədəbi mətnlərin tərcüməsi işində hansı işlər görülür.

Naizrlər Kabineti yananında Tərcümə Mərkəzinin işlərini qeyd eləmək yerinə düşər. Misal üçün keçən ayın 13 də Azərbaycan və Kalumbiya şeir antalogiyasının təqdimatını sonra "Müasir Azərbaycan poeziyası" antologiyasının Ukraynada təqdimatını və bu yaxınlarda Müasir Azərbaycan nəsri Gürcüstanda çap olunmasını qeyd eləyərdim.

-“Söz adamı” olmaq sizə hansı faydaları və çətinlikləri verir?


Bilirsiniz ilk adam olmaq lazımdı. Adam olandan sonra nəyinki sözün bir baxışın belə qədrini biləcəksən. Sözü sevən adamlar sözə hörmət eləməyi sözünü qədrini bilməyi, bir iş kimi deyil bir həyat tərzi kimi qəbul edirlər. Qaldı sözdən anlamıyanlara isə, onlarla sükutla danışıram.

Ən çox bəyəndiyiniz atalar sözü…

Evini təmiz saxla qəfiil qonağın gələr, özünü təmiz saxla qəfil ölümün gələr


Kin, nifrət, paxıllıq, təkəbbür… Bu sözlərin insan xarakterində yeri və rolu nədən ibarətdir?


Bunlar məğlub insanlara aid xüsuslardı. Azad insanlarda bunların heç biri olmur.

Söz haqqında hələlik son sözünüz…

Cəhd eləmək gözəldi.


Tural Cəfərli,
MANERA,AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ