"Mənim seçəcəyim, yaşayacağım tək ölkə Azərbaycandır"- "Mən olsaydım" layihəsində Azər Həsrət

Tarix:11-05-2017, 13:44 Baxış Sayı:242

"Mənim seçəcəyim, yaşayacağım tək ölkə Azərbaycandır"- "Mən olsaydım" layihəsində Azər Həsrət


Manera.az "Mən olsaydım" layihəsində maraqlı suallara cavab axtarmağa çalışır. Onlar olsa, nə edərdilər? Müsahibimiz tanınmış jurnalist Azər Həsrətdir.

- Siz olsaz, dunyanın məhv olan ekologiyasını xilas etmək üçün nələr edərsiz?

- Çətin sualdır. Amma cavabsız deyil. Ekologiyanı qorumaq üçün elə onun özünə üz tutmaq lazımdır. Hər şeyin təbiisi – təbiətin özü bizi də, ekologiyanı da xilas edəcək tək qüvvədir. Ona sığınmaq, təbiətin qanunlarıyla yaşamaq lazımdır.

- Əgər elm bu gün kainatı tədqiq etməkdə ləng inkişaf edirsə, çıxış yolu, sizcə nədədir?

- Məncə ləng deyil. Sadəcə əvvəlki yüzillərdə bir çox önəmli kəşflər edildiyi üçün indi elmdə yavaşıma olduğu görüntüsü var. Amma, əslində, kainatın tədqiq edilməsi indi daha sürətlə baş verir. Sadəcə hər şey bizim kimi sadə insanlara tam olaraq açıqlanmır. Üstəlik, başqa sahələrdəki sürətli inkişaf da paralel getdiyi üçün biz elə düşünürük ki, o sahədə lənglik var. Çıxış yoluna gəlincə, məncə kainatı tam olaraq tədqiq etmək lazım deyil. Qoy onun sirrləri qalsın ki, həyat daha maraqlı olsun.

- Siz olsaz, nə edərdiz ki, uşaqlar dünyanın müxtəlif qitələrində aclıqdan ölməsinlər?

- Nə edərdim? Ən azından dövlətlərin üzərinə öhdəlik qoyardım ki, 15 yanınadək uşaqların yeməyi, paltarı dövlət hesabına olsun.

- Filosof olsaz, dünyanın hansı nöqtəsində yaşamaq istəyərsiz?

- İstər filosof, istərsə də sadəcə Azər Həsrət olaraq mənim seçəcəyim, yaşayacağım tək ölkə Azərbaycandır və belə də olardı.

- Siz olsaz, qalmaqala səbəb olacağını bilsəz belə hansısa bir əsər yazarsızmı?

- Doğru bildiyimi hər zaman yazdım, yazmağa da davam edəcəm. Qalmaqallar məni qorxutmur və belə olacağını bildiyim halda belə yazıram, yazacağam da.

- Dünyaya yenidən gəlsəz, bioloq olmaq istərdizmi?

- Bioloq? Niyə məhz bioloq? Maraqlı sahədir. Amma düşünmürəm ki, mənə uyğundur. Hərçənd təbiəti çox sevirəm, bitki və heyvanlar aləminə rəğbətim var. Amma bioloq olmaq istəyəcəyimi düşünmürəm.

- İnsanları depressiyadan çıxarmaq üçün əlinizdə imkanlar olsa, nələr edərsiz?

- Əlimdə belə imkanlar var və hər kəsə fərdi yanaşmaqla depressiyadan çıxardıqlarım da olub. Hətta intihardan çəkindirdiyim insan belə olub. Ümumi depressiyadan söhbət gedirsə, bunun da həlli çətin məsələ deyil. Hazırda KİV-in imkanlarından uyğun şəkildə istifadə etməklə cəmiyyətdə pozitiv ovqat yaratmaq mümkündür.

Tural İsmayılov
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ