Azadlıq nədir?- Mənim seçimim- Günel Eyvazlı/ MANERA.AZ

Tarix:24-04-2017, 13:38 Baxış Sayı:449

Azadlıq nədir?- Mənim seçimim- Günel Eyvazlı/ MANERA.AZ


“Bir daşla doqquz quş” layihəsində bu dəfə suallara yazar Günel Eyvazlı cavab verir.

- Niyə varsan?

- Mövcudam.

- Niyə yox olacaqsan?

- Yox olmayacam.

- Niyə yazırsan?

- Danışmaq metodumdur.

- Yaşamaq nədir?

- Mübarizə və qələbə.

- Ölüm nədir?

- Cismani yoxluq.

- Ədalət nədir?

- Hamının inanmadığı. Var, inanın mənə. Mövcuddur.

- Azadlıq nədir?

- Mənim seçimim.

- Yaradıcılıq nədir?

- Beynimdə gedən oyunların doğuluşu.

- İnsan kimdir?

- Vicdana, ədalətə, şəxsiyyətə, mənliyə, məqsədlərə, dözüm və iradəyə, hiss və duyğulara, cəsarətə malik varlıq mənim üçün insan sayılır.

Tural İsmyılov,
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ