"Bəlkə elə it hansısa evin köpəyidir"- "Mən olsaydım" layihəsində İsmayıl Həsənov/ MANERA.AZ

Tarix:30-03-2017, 15:27 Baxış Sayı:1270

"Bəlkə elə it hansısa evin köpəyidir"- "Mən olsaydım" layihəsində İsmayıl Həsənov/ MANERA.AZ


Manera.az "Mən olsaydım" layihəsində maraqlı suallara cavab axtarmağa çalışır. Onlar olsa, nə edərdilər? Müsahibimiz ARB TV-nin strateji inkişaf, marketinq və media direktoru İsmayıl Həsənovdur.

- Başqalarının yaşamağı üçün sənin ölümün variant olsa, hansı qərarı verərsən?

- Baxır saya.(Gülür) Mən ölsəm, milyonlar yaşayacaqa, olsun. Mükəməlllik deyə bir şey yoxdur, amma istədiyim həyatı yaşamaq üçün istəmədiyim nələrisə etməyə dəyməz.

- Ədəbiyyatın dünyanı dəyişmək missiyası mif yox, reallıq olsa, yaradıcılıqla məşğul olarsan?

- Ədəbiyyat dünyanı dəyişir da, elə reallıqda, mif niyə olur ? Fitri istedad tələb edən peşələrlə məşğul olmurlar, elə doğulurlar.

- "Cırtdanın nağılı"nda obraz olsan, işıq gələn tərəfə, ya qaranlığa gedərsən?

- İt hürən tərəfə, bəlkə elə it hansısa evin köpəyidir? Sahibi də qonaqpərvərdir.(Gülür)

- Filosof olsan və Diogen kimi bir çəlləkdə yaşayası olsan, nələri düşünərsən?

- Çəlləkdən çıxmaq haqqında düşünərəm.

- Sən olsan, Troya savaşını durdura bilərdin?

- Savaşların əleyhinə olduğum üçün başlatmaya bilərdim.

Tural İsmayılov
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ