manera.az
manera.az

Hamsunun "Aclıq"ı - Oğuz Ayvaz yazır

Hamsunun "Aclıq"ı - Oğuz Ayvaz yazır
Və yaz dözülməz ağrıların o tayındakı işıq

Dünya ədəbiyyatında elə əsərlər var ki, insanın yaddaşında qalır, öz xatirənmiş kimi daim qarşına çıxır. Günlərcə, həftələrcə əsərin personajlarını unuda bilmirsən. Əsərin dünyasında silkələnir, çabalayır, ağlayır, tramvalar alırsan.

Knut Hamsunun "Aclıq" əsərindən yazmağa çalışacam. Deyilənə görə, avtobioqrafik əsər sayılsa da, eyni zamanda ictimaidir. Sözü verək yazıçının özünə:

"Ardıcıl olaraq aclıq keçirən insanın özünəməxsus ruhi-mənəvi həyatını, onun əsəb sarsıntılarını təsvir etməyə səy göstərmişəm".

Ancaq oxuduqca hiss edirsən ki, əsərin qəhrəmanı elə Hamsunun özüdür.

Yazıçı səfil həyat yaşayır. Kirayə qaldığı evdən tezliklə qovulur. Küçə həyatı onu ağuşuna alır. Günlərcə ac qalır, skamyalarda gecələyir. Nimdaş paltarları getdikcə daha da köhnəlir. Yazıçı maddi-mənəvi böhran içindədir. İş üçün müraciət etdiyi yerlərdən o qədər rədd cavabı, yarımçıq vədlər, qəti "yox" cavabları, vədlər alır ki...

Qəhrəmanımız uçurumun kənarındadır. Həyat ona acımadan zərbələr vurmaqdadır. Hər zərbə yazıçını daha da əldən salır. Aclıq onun üçün dözülməz həddə çatır. Bəzən quru çörək üçün saatlarca axtarışa çıxır, bəzən də günlərini ac qarnına yatmaqla keçirir. Yazıçının psixoloji vəziyyəti də gərginləşir, aclıq onun hisslərini də ac qoyur.

Oxuduqca aclığın nə qədər ağır, dözülməz bir şey olduğunu hiss edir, hətta az yemək yeyirdim. Nədənsə iştaham yetərincə deyildi. Əsərin qəhrəmanının hərəkətlərindəki paradoksallıq və gözlənilməzlik yalnız fizioloji aclıqla bağlı deyil. O, sanki iki aləmdə - gerçək və özünün uydurduğu xəyali aləmdə yaşayır.
Hamsunun "Aclıq"ı - Oğuz Ayvaz yazır
Aclıq, səfalət, küçə həyatı zamanla, ancaq müvəqqəti şəkildə dəyişir. Yəni üç-dörd gün isti yerdə yatan yazıçının qarnı doyur, isti çay içə bilir. Ancaq təəssüf ki, bu qısa günlər tez başa çatır və yenə aclığa düçar olur. Yazıçının qarşılaşdığı buz kimi soyuq laqeydlik, insanların biganəliyi və daşürəkliliyi onu yenə də həyat mübarizəsindən çəkindirmir.

Ac personaj zəiflik, başgicəllənməsi, ürəkbulanması və əsəb gərginliyindən əzab çəkir. Aclıq onun bədənini iflic edir. Dəfələrlə ona elə gəir ki, acından öləcək. Bəzən Tanrını lənətləyir, bəzən mərhəmət diləyir. Hətta elə bir an gəlir ki, ağac qabıqları çeynəməklə aclıqdan xilas olmağa çalışır. Günlərin bir günündə bir xanımın arxasınca düşərək onunla tanış olur, hətta onu öpə də bilir. Adını belə bilmədiyi qıza qarşı hissləri oyanmağa başlayır. Qızın adını İlayali qoyur. Tezliklə sevdiyi qız yoxa çıxır. Onu başqa biri ilə görür.

Əsərdən bir neçə parçanı xatırlayaq: "Aclıq dözülməz dərəcədə əzab verir, məni rahat buraxmırdı. Aclığımı öldürmək üçün tez-tez ağız suyumu udurdum, bu, sanki bir az kömək edirdi".

"Ruhuma belə bir duyğu hakim kəsilmişdi ki, həyat, demək olar ki, məni tərk edib, artıq kitabım bağlanıb. Amma mahiyyətcə, bunun mənim üçün elə bir fərqi yox idi və məni zərrə qədər də narahat etmirdi. Əksinə, mən şəhərdən keçərək limana doğru gedir və mənzilimdən daha da uzaqlaşırdım. Mən küçənin ortasına uzanıb ölə də bilərdim. İztirablar hissiyatımı əlimdən almışdı; şikəst olmuş ayaq barmaqlarım ağrıyırdı, hətta mənə elə gəlirdi ki, ağrı ombama qədər yayılıb, ancaq bu da məni narahat etmirdi. Bundan qat-qat ağır iztirablar çəkmişdim..."

"Xəlvəti bir dalan tapıb sınıq-salxaq alaqapılardan birinin qarşısında dayandım. Bura tamam qaranlıq idi, mən bu qaranlığa sevinərək çiy ət sümüyünü gəmirməyə başladım. Ət dadsız idi; ondan adamı iyrəndirən isti qan qoxusu vururdu, çox keçmədən ürəyim bulanmağa başladı. Bir az keçdikdən sonra sümüyü bir də sınadım; heç olmasa bircə tikə də olsa, həzm edə bilsəydim. Amma yenə də ürəyim bulandı. Mən hirsləndim, qətiyyət göstərib dişlərimlə bir tikə qopardım və güc-bəla ilə uddum. Amma cəhdlər əbəs idi; ət tikələri mədəmdə isinən kimi dərhal geri püskürdü. Mən azğınlaşaraq yumruqlarımı düyünləyür, acizlikdən ağlayır və sümüyü qəzəblə gəmirirdim".

Yazıçı nə qədər ağrılı əsər yazsa da, oxucuya işıq yeri buraxır. Buna görə də "Aclıq" əsəri oxunub, unudulası əsərlərdən deyil./525.az/

Oğuz AYVAZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930