manera.az
manera.az

İtaliyalı şairin "Xocalı" şeiri

İtaliyalı şairin "Xocalı" şeiri
Manera.az italiyalı bəstəkar və şair David Qualiterinin Xocalı soyqırımına həsr etdiyi şeiri təqdim edir:

XOCALI

Şərqdən gələn qonağın
yükü hekayət olar –
amma mən eşitdiklərim…
inanmıram dünyada
belə cinayət ola…

Uzaq, günəşli ölkədə
25 fevral gecəsi
qarlı kölgədə
qırdılar 613 günahsız adamı –
aman vermədilər biri də qaça
Xocalı şəhid oldu,
Xo-ca…

Elə bil muncuq
üzüldü sapınnan
topasına biçdilər xocalıları –
topunan…

Xocalı!
qətlinə fərman verənlər –
cani
bu zülmü görənlər –
cani!
görüb-götürənlər –
cani!
Amma göylər
götürməyəcək bu qədər qanı
and içirəm:
Tanrı canı…

Çevirəni: Qulu AĞSƏS

Sətri tərcümə: Mais NURİYEV
İtaliyadakı «Azəri» Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031