manera.az
manera.az

AMEA magistraturalarına qəbul üçün müsahibə mərhələsi ləğv olundu

AMEA magistraturalarına qəbul üçün müsahibə mərhələsi ləğv olundu
Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olmaq istəyən bakalavrlar üçün ixtisaslaşma seçimindən əvvəl keçirilən müsahibə mərhələsi ləğv olunub.

Dövlət İmtahan Mərkəzindən Manera.az-a verilən məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası AMEA-nın magistraturasına qəbul zamanı ixtisaslaşma seçimindən əvvəl keçirilən müsahibə mərhələsinin ləğv olunması ilə bağlı DİM-ə müraciət edib.

Müraciətdə ötən 4 il ərzində keçirilmiş müsahibələr və onların nəticələri, müsahibə komissiyasının qiymətləndirməsi ilə bakalavrların DİM tərəfindən keçirilən imtahanlarda topladıqları balların uyğunluğu və nəticədə AMEA-nın magistraturasına yüksək bal toplayanların qəbul olunduğu vurğulanıb. Hesab edilir ki, artıq AMEA-nın magistraturasının məqsəd və vəzifələri, onun yüksək reytinqi və tədris prosesinin ciddiliyi barədə universitet tələbələri və ictimaiyyət kifayət qədər məlumatlıdır və iddiaçıların təsadüfi seçimləri istisna olunur.

Bu təklif nəzərə alınaraq AMEA-nın magistraturasına qəbul olmaq istəyən bakalavrlar üçün ixtisaslaşma seçimindən əvvəl keçirilən müsahibə mərhələsi ləğv olunub.

AMEA-nın magistraturalarına qəbul olmaq istəyənlər digər bakalavrlar kimi ümumi qaydada magistraturaya qəbul imtahanının hər iki mərhələsində iştirak edərək, müsabiqə şərtlərini ödədikləri halda ixtisaslaşma seçimi edəcəklər.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930