manera.az
manera.az

Füzulinin qəbirüstü abidəsi - Suphi Saatçı yazır

Füzulinin qəbirüstü abidəsi - Suphi Saatçı yazır
Suphi Saatçı
Prof.Dr.


Divan şeirində zirvələrə yüksələn Füzuli, türk ədəbiyyatı tarixində müstəsna bir yer tutur. Türkcəsinin gözəlliyi sayəsində dildən-dilə, eldən elə dolaşan şeirləri dönəmin coğrafi məkanında böyük ad, əks-səda çıxarmışdı. Divanlarının əlyazmalarının üzü ən çox köçürülən və yayılan şairlərin başında Füzuli durmuşdur. Keçən 20-ci yüzilliyə qədər Füzulinin divanını əzbər bilən və onu bir hikmət kitabı sayan yüzlərcə heyranı və maraqlısı görülmüşdür. Bütün bu özəllikdən dolayı Füzuli bütün dövrlərdə Türklüyün yetişdirdiyi ən böyük şairlərdən biri kimi qəbul edilmişdir.

Türkcənin ən lirik şairi olan Füzuli Ərəb İraqında doğulub, burada boya-başa çatmış, ömrü boyunca İraq dışına çıxmamışdır. Doğum tarixi bəlli olmayan Füzulinin Əhdiyə görə, Hicri 963 (M.1556) ilində taun xəstəliyindən vəfat etdiyi qeyd edilmişdir. Süleyman Faik Əfəndi məcmuəsində verilən bilgilərə görə şair Kərbəlada dəfn olunmuşdur.

Füzulinin məzarı Peyğəmbərimizin nəvəsi Həzrət Hüseynin türbəsinin Qiblə qapısının yaxınlığındakı türbədə idi. 1960-1970-ci illərdə Türkiyə və İraq arasında imzalanan mədəni anlaşmaya görə, Türkiyə Füzuliyə yaraşan bir türbə tikəcək, İraq hökuməti isə bunun müqabilində ərəb şairi İmreül Kaysın Ankaradakı məzarını qaydaya salacaqdı. İmzalanmış protokola uyğun olaraq 1970-ci ilin sentyabr ayında texniki məsələləri dəqiqləşdirmək və proyekti hazırlamaq üçün nümayəndə heyəti Bağdada getmiş və görüşlər keçirmiş. Ancaq daha sonra deyilənləri həyata keçirməyə qəti addımlar atılmamışdır. Beləcə, neçə-neçə illər keçmiş məzar proyekti barədə kimsənin xəbəri olmamışdır.

Füzulinin İmam Hüseyn məscidinin Qiblə qapısının yaxınlığındakı türbəsi isə 1984-cü ilin payızında "yol genişləndirmə" səbəbindən bir neçə dəqiqə içində yerlə-yeksan edilmişdi. Türbəni dağıtmazdan bir gün əvvəl Füzulinin məzarı açılmış, nəşi (sümükləri) bir qutuya yığılaraq Sultaniyə Məscidinə aparılmışdır. Daha sonra bu məscid də sökülmüş və Füzulinin qutu içindəki nəşini məscid idarəsinin gözətçisinin yataq otağına qoymuşdular. Bu işlər səssiz-sədasız cərəyan edərkən bəzi qəzetçilər Füzulinin məzarının üzərində salınan maşın yolunun şəkillərini yaydılar və ictimaiyyət buna ciddi reaksiya verdi.

Füzuliyə Sovetlər sahib çıxmaq istədi. Sovetlər Birliyinin bir cümhuriyyəti olan Azərbaycanın milli şairi qəbul edilən Füzulinin nəşinin Bakıya göndərilməsini istədi. Bu səfər İraq hökuməti yanında Füzuli qiymətə mindi və ərəb şairi olmasa belə, Füzulinin iraqlı bir şair olmasından dolayı nəşinin dışarıya verilməyəcəyi bildirildi. Beləcə, İraq bu tələbləri qəbul etmədi.

Sovetlər Birliyi dağıldıqdan sonra müstəqil bir dövlət olan Azərbaycan bu işi başlı-başına buraxmadı. Bir neçə dəfə İraqa heyətlər göndərdi. Azərbaycanlıların istəyi ilə 17 sentyabr 1994-cü ildə Bağdadda "Füzuli Konqresi" toplandı. Elçin Əfəndiyevin başçılığı ilə 128 nəfərdən ibarət Azərbaycan heyəti 3 gün sürən konqresdən sonra Füzulinin məzarı işini təkrar gündəmə gətirdi. İraq Kültür Bakanlığı İmam Hüseynin türbəsini çevrələyən Caminin (məscid) Qiblə girişindəki "Əlyazmalar Odası"nı uyğun gördü və Füzulinin nəşi orada gömüldü (bax: Murad Bardaqçı. "Hürriyyət" qəzeti, 23 dekabr 2001).

Füzulinin qəbirüstü abidəsi

Türk dünyasının ortaq şairi Füzuliyə məzar abidəsi məsələsi 1960-1970-ci illərdən gündəmə gəlmişdir. Bu layihənin Türkiyə tərəfindən həyata keçirilməsi, eyni zamanda, iki qonşu ölkənin dostluq ilişkilərini daha da möhkəmləndirəcəyi şübhəsizdir. Bu düşüncələrlə İraq Türkman millət vəkilləri Füzulinin şanına yaraşan qəbirüstü abidənin (mavzoley) yapılması barədə Bağdaddakı səlahiyyətli şəxslərlə danışıq aparmışlar. Layihənin həyata keçirilməsini onlar da istəmişlər. Beləliklə, qərar qəbul edilmişdir ki, Füzulinin qəbirüstü abidəsinin proyektini Fatih Sultan Mehmet Vakif Universitetinin Memarlıq və Layihə fakültəsi hazırlasın.

Qərara alındı ki, qəbirüstü abidə Kərbəla şəhərinin mərkəzində sıxlıq olan yerdə deyil, açıq və asanlıqla ziyarəti mümkün olan bir yerdə tikilsin. Səkkiz yüz metrlik bir sahədə ucaldılacaq abidə üç ana bölümdən ibarət nəzərdə tutulub.

Birinci bölümdə Türbə səkkiz bucaqlı, yarıqapalı bir məkan olaraq düşünülmüşdür.

İkinci bölüm 20-25 nəfərlik bir namazgah və bunu tamamlayan səkkizbucaqlı fontandan ibarətdir.

Üçüncü bölüm isə türbə, namazgah və fontanı da içində olan yığıncaq meydançasıdır.

Proyektin başlıca ünsürü (elementi) səkkizbucaqlı türbənin 5 tərəfinin qapalı olmasıdır. Qapalı tərəflərdən Qiblə tərəfdə olanı pəncərəsiz, digər 4 tərəf isə pəncərəlidir.

Yığıncaq meydançasına baxan üç tərəf isə açıq buraxılmışdır. Bu açıqlıq şairin məşhur beytində dilə gətirdiyi:

Nə yanar kimsə mənə atəşi-dildən özgə,
Nə açar kimsə qapım badi-səbadan qeyri

yəni "könül atəşindən başqa kimsə mənə yanmaz, sabah rüzgarından başqa da qapımı açan olmaz" sözlərindən təsirlənərək türbə qapısız və açıq nəzərdə tutulmuşdur.

Yuxarıda verilən beyt də türbənin içində Qiblə divarının üzərində yazılacaqdır.

Türbənin üst örtüsü dairə şəkilli günbəz yerinə səkkizbucaqlı geometrik günbəz biçimində planlaşdırılmışdır. Eyni ölçü biçimi səkkizbucaqlı fontan üçün də nəzərdə tutulmuşdur.

Türbənin tamamı betondan heykəl kimi layihələndirilmiş, örtüyü, divar və s. inşası eyni materialla nəzərdə tutulub.

Türbənin ortasında şairin nəşinin saxlanacağı simvolik məzar və başdaşı yer alacaq. Başdaşında Füzulinin haqqında məlumat veriləcək. Türbənin ətrafı yaşıllaşdırılacaq. Bu sadə abidənin inşa olunması türkcə danışan 200 milyonluq Türk dünyasının ortaq diləyini əks etdirir. Xeyirlərə vəsilə olması diləyilə bu abidə, eyni zamanda, barışın və qardaşlığın simvolu sayılacaq. Başda İraq və Türkiyə xalqları olmaqla, Füzuli sevgisinin bütün İslam dünyasının da könlünü birləşdirməsi diləyilə.../edebiyyatqazeti.az/

P.S: Qəzənfər Paşayevin təqdimatında

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031