manera.az
manera.az

Rəsm müsabiqəsinə yekun vurulub

Rəsm müsabiqəsinə yekun vurulub

“Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində ““Mənim yay tətilim-2018”” Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi 12 yaşa qədər uşaqlar üçün 5 noyabr 2018-ci il Xətai Sənət Mərkəzində baş tutub.


MANERA.AZ xəbər verir ki, tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilib.

Tədbiri çıxış sözü ilə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov açdı. Xətai İcra Hakimiyyətinin nümayəndəsi Pənah İmanov, Xalq rəssamı Rəfael Dadaşov, Sənətşünas Ziyadxan Əliyev və Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov tədbir haqqında öz ürək sözlərini söylədilər.

Tədbirdə uşaqlara diplomlarla bərabər bir neçə nominasiyalar üzrə fərqli təşkilatların fərqlənmə diplomları da təqdim olundu.

Sərgidə həmçinin fəallıq göstərmiş tədris mərkəzləri də Təşəkkürnamə ilə təltif olunublar.

Qeyd edək ki, tədbirin məktəblilərin yay istirahətlərinin zövqlü keçməsi və tətil ərzində diqqətini çəkən hadisələri öz düşüncələri ilə tabloda əks etdirmək bacarıqlarını inkişaf etdirmək məqsədi ilə həyata keçirilmişdir. Tədbirin bugünkü hissəsində 400-ə qədər uşağın 900-ə yaxın işi içərisindən 160-a yaxın əsər təqdim olunurdu.

Tədbirin ikinci hissəsi 12-17 yaş arası uşaqlar üçün isə noyabr ayının 6-da Xətai Sənət Mərkəzində nümayiş olunacaqdır.

MANERA,AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031