manera.az
manera.az

Milli Kitabxana 95 yaşında

Milli Kitabxana 95 yaşında
Azərbaycan Milli Kitabxanasının 95 illiyi ilə əlaqədar olaraq “Milli Kitabxanalarda innovasiyalar – dəyişiliklərin əsası və inkişafın istiqaməti kimi” adlı Beynəlxalq Elmi-Praktik Konfransın açılış mərasimi keçirilib.

MANERA.AZ xəbər verir ki, konfransda 12 ölkədən nümayəndələr iştirak ediblər.

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov bu günün Milli Kitabxana üçün önəmli və özəl günlərdən biri olduğunu qeyd edib.

Mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycanda multikultural mühitin daim mövcud olduğunu bildirib. O, milyonlarla fondu olan kitabxanalar arasında Milli Kitabxananın 5 milyonluq fondunun kifayət qədər zəngin və əhatəli olduğunu, musiqiyə, incənətə, ədəbiyyata və digər sahələrə dair minlərlə kitabların mövcudluğunu və bunun da öz növbəsində Milli Kitabxananın fondlarını formalışdırmağa imkan veridiyini qeyd edib. Nazir il ərzində 3 milyon oxucunun virtual kitabxanadan istifadə etdiyini bildirib, son dövrlərdə Milli Kitabxananın biblioqrafiya fəaliyyətində irəliləyişlər olduğunu, görkəmli şəxsiyyətlərə, ədiblərə həsr olunmuş biblioqrafiyaların nəşr edildiyini, 300-dən çox musiqi əsərinin Petruççi layihəsi vasitəsilə dünyanın musiqi şəbəkələrinə qoşulduğunu vurğulayıb. Əbülfəs Qarayev çıxışında respublikada müstəqil ölkə olaraq müstəqil kitabxana sistemi formalaşdırıldığını, ALİSA proqramı tətbiq olunduğunu bildirib, onu da qeyd edib ki, kitabların müasir texniki daşıyıcılara köçürülməsi, onun gələcək nəsillərə çatdırılmasından savayı eyni anda dünyanın müxtəlif yerlərində istifadəsinin mümkünlüyünü asanlaşdırmaqdan ibarət olduğunu, artıq kitabxanaların kitabı alıb oxuyub və geri qaytarmaq funksiyasından çıxdığını və daha geniş miqyas aldığını bildirib.

Qeyd edək ki, konfrans 2 gün davam edəcək.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031