manera.az
manera.az

“Birpərdəli pyeslər” müsabiqəsi elan edildi

“Birpərdəli pyeslər” müsabiqəsi elan edildi
“Birpərdəli pyeslər” müsabiqəsinin təşkilində əsas məqsəd xalq teatrlarının repertuarlarını kiçik həcmli tamaşalarla zənginləşdirmək, ədəbi-bədii və mövzu baxımından yüksək dəyərə malik dram əsərlərinin yazılmasına stimul vermək, yeni nəsil dramaturqların ədəbi yaradıcılığını dəstəkləmək, tamaşaçıların estetik və mənəvi zövqünün ödənilməsi üçün birpərdəli pyeslər əsasında müasir tamaşaların hazırlanmasını təmin etməkdir.

Müsabiqənin şərtləri:

• Pyeslərin mövzusu vətənpərvərlik, “Aprel” döyüşləri, multikulturalizm, mənəvi dəyərlər, dövrümüzün sosial-əxlaqi problemləri, sosial şəbəkələrin cəmiyyətə təsiri, dini radikalizmin fəsadları və digər aktual məsələləri əhatə etməlidir.

• Pyeslər daha əvvəl heç bir yerdə çap olunmamalı və səhnələşdirilməməlidir.

• Müsabiqəyə 35.000 (otuz beş min) işarədən artıq olmayan birpərdəli pyeslər qəbul olunur.

• Pyesin mətni üçün tələblər - şriftin qarnituru “Arial” 12, sətirlər arası interval 1, kağız formatı A4.

• Hər bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər (əsərlər 5 nüsxədə olmalıdır).

• Müəllif özü haqqında məlumatı və əlaqə vasitəsini fayla əlavə etməlidir.

Ən yaxşı pyeslər toplu şəkilində çap olunacaq və qalib gəlmiş əsərlər xalq teatrlarında səhnələşdiriləcəkdir.

Mükafatlar:

Birinci yer – I dərəcəli diplom və 2000 manat

İkinci yer – II dərəcəli diplom və 1500 manat

Üçüncü yer – III dərəcəli diplom və 1000 manat

Müsabiqənin müddəti:

Müsabiqəyə əsərlərin qəbulu 15 noyabr 2018-ci il tarixində sona çatacaqdır.

25 dekabr 2018-ci il tarixinədək qaliblərin mükafatlandırma mərasimi təşkil olunacaqdır.

İştirakçılar sənədlərini Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə (Hökumət evi, 3-cü mərtəbə, 308-ci otaq) təqdim etməlidirlər.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031