manera.az
manera.az

Atamın xatirələri hörümçək toruydu - Şeirlər

Atamın xatirələri hörümçək toruydu - Şeirlər
Manera.az Orxan Saffarinin şeirlərini təqdim edir:

***
Mən əvvəllər elə bilirdim ki,
babam Berlin divarlarını çiyni ilə yarıb.
Sonra bir gün əlində
əsasının əsdiyini gördüm.

– Qocalıb öldüm.

Mən əvvəllər elə bilirdim ki,
nənəm xalçaları evimizə sərmək üçün toxuyub.
Sonra yenə bir gün ona büküldüyü gördüm.

– Bükülüb öldüm.

Mən əvvəllər elə bilirdim ki,
atam dünyanın ən güclüsüdü.
Atam öldü...

Mən də öldüm.

Mən əvvəllər elə bilirdim ki,
anam heç vaxt yemək yemir,
amma bir gecə
qazanı necə sivirdiyini gördüm
Gördüm ki, YEMİR.

– Sivrilib öldüm.

Mən əvvəllər elə bilirdim ki,
Böyük qardaşım həmişə yanımda olacaq.
Böyük qardaşımı öldürdülər.

– Böyüyüb öldüm.



***
Mən uşaq olanda hər şey fərqli idi.
Nənəm babamla nərd oynayırdı,
Biz “oyunçu aparsın” deyirdik.
Sonra bir gecə həyat adlı oyunun oyunçusu
apardı ikisini də.

– Dinmədik....

Mən uşaq olanda fərqli idi hər şey.

Uşaqlıq dostlarımızla oynadığımız silah oyununda
Heç cür vurduğumu sübut edə bilmədəyim,
ölməyən dostumu
bircə gülləyə erməni öldürdü.

– Kədərləndik...

Mən uşaq olanda fərqli idi hər şey.

Futbol oynaya bilmir,
Ayağı top tutmur deyə,
Oyuna buraxmadığımız oğlan
Müharibədə ayaqlarını itirdi

– Yeridik...

Atamız gözümüzün qabağında
anamızı döyəndə
ilk dəfə nifrət etməyi,
ilk dəfə daha çox sevməyi öyrəndik.

Sonradan ilk sevdiyimiz qadın da
başqasına ərə gedəndə
daha çox ağrı yaşadıq,
daha çox sevdik...

Sonra yavaş-yavaş böyüdüm.

Daha heç kimə
“oyunçu aparsın” demədim ki,
əcəl aparar birdən…
Məhlədə futbol, müharibə oyunu oynayan
uşaqlarla oynadım ki,
ölərlər birdən.

Anamla atamın da şəklini
divardan yan-yana asdım,
amma qorxurdum ki,
dalaşarlar birdən.

Bir də sevmədiyim qadından ata oldum,
Sevdiyim qadını düşünə-düşünə.

QIZIM

Mənə nə var ki, qızım,
Mənə ümid bağlama.
Badamı gözlərinə
Yaş yaraşmır, ağlama.

Mənə nə var ki, qızım,
Mən ötəri adamam.
Düşsəm öz boşluğuma,
Ölüb orda qalaram.

Mənə nə var ki, qızım,
Sevə də bilmirəm heç.
Yanında durammıram,
Gedə də bilmirəm heç.

Mənə nə var ki, qızım,
Mənə ümid bağlama.
Badamı gözlərinə
Yaş yaraşmır, ağlama.



***
Uşaq olanda tez-tez
qarışqa yuvalarını dağıdardım.

Bir dəfəsində eşitdim ki,
təzə ailə qurmuş filankəsin yuvası dağılıb…
Yerə oturub qarışqalardan
üzr istədim,
yalvardım.

Qazan qapaqlarından maşın sürərdim,
ta ki atam qəzada həlak olana qədər;
sonra maşınlardan qorxdum,
evə gəlib
qazan qapaqlarına baxıb dəli olurdum.

anam hər gün evi təmizləyirdi,
atamın xatirələri hörümçək toruydu,
anam toxunmurdu.

zaman-zaman anamın da şəkli
atamın şəklinin yanına gəldi...
Sonra kirli qaldı evimiz.
Yığışdıran olmadı...
(Xatirələri)Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031